Kommunal xəzinədarı

Vəzifəyə dair tələblər:

• Kommunal ödənişlərinin pul vasitələrinin və qiymətli kağızlarının qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulunun həyata keçirilməsi, hesabatı. 

• Əmək haqqı və mükafatların verilmə qaydaları

• 1C proqramında işləmək bacarığı     

• Mədaxil-məxaric xərcləri sənədləri əsasında kassa kitabçasının tərtibatı

• Pul qalığı, hesabatı, faktiki məbləğin kassa əməliyyatlarının qaydalarına uyğun olaraq tərtibatı. 

• Nağdsız və nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi

        

Namizədə dair tələblər:

• Kassa əməliyatlarının aparılma qaydası, təlimatları. 

• Qiymətli kağızların qəbul edilməsi, mühafizəsi, hesabə və təhvil verilməsi qaydaları

• Kassa qalıqları haqqında qaydalar

• Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi;

• Hesabatlılıq

• MS Office proqramları üzrə yüksək iş bacarığı

• 1C proqramında iş bacarığı.

• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.

• Fərdi və kollektivdə işləmə qabiliyyəti. 

• Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik

• Yaş həddi: 20-35.


Əlavə qeydlər:

• İş qrafiki: 5 günlük iş həftəsi

• Əmək haqqı: əmək bazarı şərtləri nəzərə alınmaqla namizədin bilik və bacarıqlarına uyğun olaraq.


CV-lərinizi [email protected]  ünvanına "kommunal xəzinədarı" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.


İnsan Resursları üzrə mütəxəssis

Vəzifə öhdəlikləri

• Əmək qanunvericiliyinə uyğun olaraq, işçi hərəkətinin təmin edilməsi.

• İşə qəbul, əmək müqaviləsində müvafiq dəyişikliklər, işdən azad prosedurlarının icra edilə bilməsi.   

• Məzuniyyət, intizam tənbehi, əmək qabiliyyətinin itirilməsi halları üzrə müvafiq sənəd və proseslərin icrası, koordinasiyası və izlənməsi.

• İşçilərin şəxsi işlərinin əksiksiz hazırlanması, əmək fəaliyyətindən irəli gələn dəyişikliklərin həyata keçirilməsi

• Şirkətin işçi axtarış prosedurunun tam həyata keçirilməsi 

• Dövrü  hesabatların hazırlanması, analizi 

• Əmək qanunvericiliyini əsas tutaraq, bütün növ sənədlərin əksiksiz hazırlanması

• Kadr kargüzarlığına dair sənədləşmələrin aparılmasının təmin edilməsi;

• E-gov portalında və İSB-də əməliyyatların icra edilməsi

• İşçilərin orientasiya, adaptasiya, onlara təyin olunan imtiyazlardan istifadə, mövcud olan motivasiya performans dəyərləndirmə prosedurlarının icrası. 

• Rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında yerinə yetirilməsi.


Namizədə bağlı tələblər

• Ali təhsil 

• Yaş: 23-35

• Müvafiq sahə üzrə iş təcrübəsi;

• AR Əmək Qanunvericiliyi üzrə biliklər, Əmək Məcəlləsi, müvafiq normativ sənədləri bilməli

• Elektron Hökumət portalında, İSB sistemində sərbəst işləmək bacarıqları

• MS Office(MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;

• Kadr kargüzarlığı haqqında biliyə malik olmalı;

• Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dili orta səviyyədə. 


Əlavə qeydlər:

• İş qrafiki: 5 günlük iş həftəsi

• Əmək haqqı: əmək bazarı şərtləri nəzərə alınmaqla namizədin bilik və bacarıqlarına uyğun olaraq.

• Kişi namizədlərə üstünlük verilir.


CV-lərinizi [email protected] ünvanına "İR mütəxəssis" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.


Təchizat üzrə mütəxəssis

Vəzifə öhdəlikləri: 

  • Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi;
  • Satınalma və təchizatla bağlı xşirkətlərlə rəsmi danışıqların aparılması, partnyorların cəlb olunması;
  • Potensial təchizatçıların və xidmət təminatçılarının məlumat bazasının yaradılması, təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi; 
  • Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlili üzrə müqayisəsinin aparılması, müqayisəni göstərən sənədin yaradılması və təchizatçıları texniki və maliyyə ballarına görə dərəcələrə bölünməsi;
  • Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi və idarə edilməsi;
  • İllik satınalma planının hazırlanması;
  • Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması, müqavilələrin hazırlanması;
  • Satınalma risklərinin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
  • Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
  • Yerli bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
  • Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi;
  • Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması;
  • Şirkətin yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil olunması.
  • Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması.

Vəzifə ilə bağlı tələblər:

  • Müvafiq məhsulların satınalınması sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
  • Azərbaycan dilində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
  • Rus və ingilis dili biliyi üstünlükdür
  • Ali təhsil;
  • Planlama, analiz və idarəetmə bacarığı;
  • MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması;

Əlavə məlumat

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
  • İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.

 CV-lərinizi [email protected] ünvanına "təchizatçı" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

Kommunal mühasibi

Vəzifəyə dair tələblər:

  • Kommunal, qaraj və avtodayanacaq xidmətininin hesabatının aparılması;
  • İşə qəbul olunmuş əmək münasibətləri ilə bağlı mühasibatlıq proseslərnin icra olunması
  • Bank əməliyyatlarının icra edilməsi             
  • 1C proqramında işləmək bacarığı    
  • Aylıq DSMF və vergi ödənişlərinin ödənilməsi;     
  • DSMF və vergi orqanlarına rüblük, illik hesabatlarının göndərilməsi, dəqiqləşmələrin verilməsi, aidiyyəti üzrə məktubların cavablandırılması;          
  • Aylıq gəlirlərinin hesablanması, xərclərin göstərilməsi və mənfəətin balanslaşdırılması, müvafiq dövlət orqanlarına (vergi, DSMF, statistika, məşğulluq) və rəhbərliyə hesabatların təqdim olunması;
                   

Namizədə dair tələblər:

  • Qeyri-kommersiya təşkilatlarında mühasibatlıq prosesləri ilə bağlı bilik və bacarıq
  • Mühasibat uçotu və ya iqtisadi təhsilin bakalavr dərəcəsi
  • Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi;
  • Hesabatlılıq, rəsmi qurumlarla işləmə bacarığı
  • MS Office proqramları üzrə yüksək iş bacarığı
  • 1C proqramında iş bacarığı.
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
  • Fərdi və kollektivdə işləmə qabiliyyəti.
  • Yaş həddi: 23-35.

Əlavə qeydlər:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Əmək haqqı: əmək bazarı şərtləri nəzərə alınmaqla namizədin bilik və bacarıqlarına uyğun olaraq.

 CV-lərinizi [email protected] ünvanına "kommunal mühasibi" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

Komendant

Vəzifə öhdəlikləri və iş barədə məlumat

• Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək

• Binalarda və ərazidə sakinlərin rifahının yaxşılaşdırılması üçün xidməti vəzifəni həyata keçirmək. 

• Bina və ərazidə təmizliyin təminatına nəzarət

• Yanğın təhlükəsizliyi və sanitar qaydalara riayət edilməsinə nəzarət etmək

• Sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlər planının hazırlanması, həyata keçirilməsi

• Yaşayış kompleksində yerləşən su, qaz, elektrik enerjisi avadanlıqlarının, eləcə də liftlərin fasiləsiz işinin, işıqlandırmaya nəzarətin təmin edilməsi

• Yaşayış binasının yerləşdiyi ərazinin həyətinin yaşıllaşdırılması, yaşıllaşdırılmış əraziyə qulluğun təmin edilməsi. 

• Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək

• Sakinlərlə vaxtaşırı görüşlərin təşkili, problemlərin dinlənilməsi və həlli

• İş proseduru ilə əlaqədar olaraq sənədləşmə işlərinin əksiksiz həyata keçirilməsi


Namizədə dair tələblər

• Yaş: 25 və üzəri

• Cinsi: kişi

• Təhsili: Ali

• Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir

• Rus dilini bilməsi üstünlükdür

• Çevik və doğru qərar vermə bacarığı

• Rəhbərliyin vəzifə təlimatlarından irəli gələn tapşırıqlarının icrası

Əlavə məlumat

• Əməkhaqqı: Müsahibə əsasında təyin olunur

• İş saatı: Növbəli iş qrafiki ilə 5 günlük iş həftəsinə uyğun olaraq təyin olunur 


CV-lərinizi [email protected]  ünvanına "Komendant" başlığı ilə göndərməyiniz və ya  https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

Mühasib

Vəzifəyə dair tələblər:

  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılması
  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
  •  Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əməkhaqqı fondunun xərclənməsinə ştat cədvəlinə uyğun olaraq nəzarət etmək;

Namizədə dair tələblər: 

  • Ali iqtisadi təhsil;
  • Mühasib kimi istehsalat, xidmət və satış sektorunda 1 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri) ;
  • 1C 7.7 və 8.3 rəsmi mühasibatlığın işlənməsi
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
  • Fərdi və kollektivdə işləmə qabiliyyəti
  • Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı

Əlavə məlumat

  • Əmək haqqı: Namizdən bilik və bacarıqlarına əsasən təyin olunacaqdır.
  • Cinsi : Kişi
  • Yaş : 25-35
  • İş vaxtı və iş qrafiki: 5 günlük iş həftəsinə uyğun olaraq müəyyən edilir.

 CV-lərinizi [email protected]  ünvanına "Mühasib" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

Yalnız yuxarıdakı “Melissa Group CV forması”na doldurulmuş CV-lərə baxılacaqdır .

CV-ni yüklə