Melissa Group, alıcıların rahatlığını təmin edəcək yaşayış kompleksləri ilə 22 ildir ki, bazarda keyfiyyət və rahatlığın simvoluna çevrilmişdir.

İdeal həyat fikrini reallaşdırmaq üçün çalışan, yaşayış rahatlığınıza uyğun olaraq planlanan, rahat həyatın bütün elementlərini sizlər üçün əlçatan edən
Melissa Group “HALAL” MTK, “GENERAL” MTK, “YÜKSƏL” MTK, “ASP” MTK kimi layihələri həyata keçirmişdir. Hal-hazırda “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrinin inşası davam etməkdədir. Melissa Group mənzillər hazır olduqdan qısa müddət sonra sakinləri çıxarış (kupça) və texniki pasport ilə təmin edir.

Ekonom mənzillərlə yüksək həyat standartlarını təmin edən, müasir memarlığın rahat və faydalı xətlərini özündə birləşdirən, mənzilləri günbəgün dəyər qazanan Melissa Group-un layihələri:

  • Melissa Park layihəsi, ümumilikdə 2 yaşayış massivindən ibarətdir (1-ci massiv A, B, C, D, E binaları, 2-ci massiv F, G, H binaları). Şəhərin əsas infrastruktur qovşaqlarının və 20 yanvar metro stansiyasının yaxınlığında, Həsən bəy Zərdabi prospekti 3166-cı məhəllədə yerləşir. Kompleksdən 20 yanvar metro stansiyasına 10 dəq.-ə piyada çatmaq olar. Layihə şəhərin ən əsas yolları ilə əhatə olunmuşdur (Tblisi prospekti, Zərdabi prospekti və Salamzadə küçəsi istiqamətində giriş-çıxışları mövcuddur). 22 ildən çox təcrübəmizin bəhrəsi olan, yaşıl şəhərcik sayılan Melissa Park yaşayış kompleksinin 70 %-ni geniş həyat yanı sahəni əhatə edən yaşıl park təşkil edir.
  • Melissa Residence layihəsi 20 yanvar metro stansiyasının yaxınlığında, Həsən bəy Zərdabi prospekti 92A ünvanında yerləşir. Kompleksdən 20 yanvar metro stansiyasına 2 dəq.-ə piyada çatmaq olar. Müasir memarlığın incə detallarını özündə birləşdirən Melissa Residence layihəsinin ətrafı zövq oxşayan çiçəklər ilə bəzədiləcəkdir. Kompleks ərazisində fəvvarələr quraşdırılacaq, uşaqlar üçün oyun meydançaları inşa ediləcək, istirahət edə biləcəyiniz yaşıl park salınacaqdır.
  • Melissa Azadlıq layihəsi Bakının ən prestijli ərazisində, Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində inşa edilir. Tibb Üniversitetindən 1 dəqiqə, Zorge parkından 2 dəqiqə, Gənclik Mall-dan 3 dəqiqəlik məsafədə yerləşir.
  • Mayak Residence - Birgə əməkdaşlıq layihəsi. Mayak Residence layihəsi şəhərin mərkəzinə 12 dəqiqəlik məsafədə yerləşən 59 blok 4 iri yaşayış massivindən ibarət yaşayış kompleksidir.

Yaşıllıq və ətraf mühitə xüsusi diqqət yetirən Melissa Group layihələrində yeraltı qaraj, 7/24 mühafizə xidməti, domafon sistemli blok qapıları, Türk və Alman istehsalı olan sərnişin və yük liftləri, plastik qapı və pəncərə sistemləri, seyf qapıları, İtalya istehsalı olan kafel-metlaq və parket, boş vaxtlarınızda istirahət edə biləcəyiniz yaşıl park ilə sakinlərinə rahatlığı və komfortu təqdim edir. Binalarımız daim su, işıq və qaz sistemləri ilə təchiz edilmişdir.