Yalnız yuxarıdakı “Melissa Group CV forması”na doldurulmuş CV-lərə baxılacaqdır .
Vəzifə öhdəlikləri
• Əmək qanunvericiliyinə uyğun olaraq, işçi hərəkətinin təmin edilməsi.
• İşə qəbul, əmək müqaviləsində müvafiq dəyişikliklər, işdən azad prosedurlarının icra edilə bilməsi.
• Məzuniyyət, intizam tənbehi, əmək qabiliyyətinin itirilməsi halları üzrə müvafiq sənəd və proseslərin icrası, koordinasiyası və izlənməsi.
• İşçilərin şəxsi işlərinin əksiksiz hazırlanması, əmək fəaliyyətindən irəli gələn dəyişikliklərin həyata keçirilməsi
• Dövrü hesabatların hazırlanması, analizi
• Əmək qanunvericiliyini əsas tutaraq, bütün növ sənədlərin əksiksiz hazırlanması
• Kadr kargüzarlığına dair sənədləşmələrin aparılmasının təmin edilməsi;
• EMAS portalında və İSB-də əməliyyatların icra edilməsi
• İşçilərin orientasiya, adaptasiya, onlara təyin olunan imtiyazlardan istifadə, mövcud olan motivasiya performans dəyərləndirmə prosedurlarının icrası.
• Rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında yerinə yetirilməsi.
Namizədə bağlı tələblər
• Ali təhsil
• Yaş: 23-35
• Müvafiq sahə üzrə iş təcrübəsi;
• AR Əmək Qanunvericiliyi üzrə biliklər, Əmək Məcəlləsi, müvafiq normativ sənədləri bilməli
• EMAS portalında, İSB sistemində sərbəst işləmək bacarıqları
• MS Office(MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
• Kadr kargüzarlığı haqqında biliyə malik olmalı;
• Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dili orta səviyyədə.
İş Şəraiti:
• İş vaxtı: həftədə 5 gün
• Əmək haqqı: 800 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “İR mütəxəssisi” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.
"Melissa Group" şirkəti “Komendant” vakansiyası elan edir:
İş barədə məlumat
- Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
- Binalarda və ərazidə komendantlıq xidmətini həyata keçirmək.
- Bina və ərazidə təmizliyin təminatına nəzarət
- Yanğın təhlükəsizliyi və sanitar qaydalara riayət edilməsinə nəzarət etmək
- Sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlər planının hazırlanması, həyata keçirilməsi
- Yaşayış kompleksində yerləşən su, qaz, elektrik enerjisi avadanlıqlarının, eləcə də liftlərin fasiləsiz işinin, işıqlandırmaya nəzarətin təmin edilməsi
- Yaşayış binasının yerləşdiyi ərazinin həyətinin yaşıllaşdırılması, yaşıllaşdırılmış əraziyə qulluğun təmin edilməsi.
- Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək
- Sakinlərlə vaxtaşırı görüşlərin təşkili, problemlərin dinlənilməsi və həlli
- İş proseduru ilə əlaqədar olaraq sənədləşmə işlərinin əksiksiz həyata keçirilməsi
Namizədə tələblər:
- Yaş: 25 və üzəri
- Cinsi: kişi
- Təhsili: Ali
- Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir
- Rus dilini bilməsi üstünlükdür
- Çevik və doğru qərar vermə bacarığı
- Rəhbərliyin vəzifə təlimatlarından irəli gələn tapşırıqlarının icrası
Əlavə məlumat
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunur
- İş saatı: Növbəli iş qrafiki ilə 5 günlük iş həftəsinə uyğun olaraq təyin olunur
CV-lərinizi [email protected] ünvanına "Komendant" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
Müəssisələrimizdən biri olan "Grace" Beauty Complex” aşağıdakı tələblərər uyğun “SMM üzrə menecer” vakansiyası elan edir:
Vəzifə öhdəlikləri:
- Facebook, İnstagram, Tik-tok və digər sosial şəbəkələrdə SMM xidmətinin göstərilməsi;
- Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək
- Sosial mediada hədəf kütləni təyin edərək məhsullar, xidmətlər və prosedurlar barədə reklamların yerləşdirilməsi və onların effektivliyinə nəzarət edilməsi;
- Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh və soruğuları cavablandırmaq
- Peşəkar foto və videoçəkilişlərin təşkil edilməsi və yayımının planlaşdırılması;
- Bütün çap materiallarının (promo materialların) sifarişi olunması və nəzarətin həyata keçirilməsi;
Namizədə dair tələblər:
- Ali təhsil
- Yaş həddi: 22 - 35
- Sosial media marketinq (SMM) üzrə azı 1 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili və rus dili əla səviyyədə.
- Ms. Office proqramlarını bilməlidir.
- Komandada və sərbəst işləmə bacarığının olması, idarəetmə qabiliyyətli, məsuliyyətli olmalıdır.
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq.
Əlavə məlumat: - İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur.
- Əməkhaqqı: Müsahibənin nəticəsi əsasında müəyyən olunacaq.
CV-lərinizi [email protected] ünvanına “SMM üzrə menecer" başlığı ilə göndərməyiniz xahiş və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
Müəssisələrimizdən birinə aşağıdakı tələblərə uyğun Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis axtarılır.
Vəzifə öhdəlikləri:
- İş yerində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir
- İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir
- Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir
- Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir
- İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır
- Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir
- Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına nəzarət etməlidir
- Əməyin mühafizəsi üçün norma, qayda və təlimatları yerinə yetirməlidir
- Səsküyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsini qrafik üzrə aparılmalıdır
- Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etməlidir
- Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etməlidir
- İş yerində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etməlidir
- İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etməlidir
- İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına nəzarət etməlidir
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə nəzarət etməlidir
- Xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsini təşkil etməlidir.
Vəzifə ilə bağlı tələblər:
- Müvafiq vəzifədə 1-3 il iş stajjı
- Müvafiq ali texniki təhsil
- Sahə üzrə tələb olunan sertifikatların mövcudluğu
- Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartların mükəmməl bilməsi
- Planlama, analiz və idarəetmə bacarığı;
- MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;
Əlavə məlumat
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
- İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.
CV-lərinizi [email protected] ünvanına "sətəm" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
"Melissa Group" şirkəti “Müştəri xidmətləri mütəxəssisi ” vakansiyası elan edir:
İş barədə məlumat
- Şirkətə daxil olan məktubların qəbul olunması, qeydiyyata alınması və şöbələrə təqdim olunması;
- Qonaqlarla görüşlərin təşkil olunması;
- Ofisə daxil olan müştərilərin qarşılanması və yönləndirilməsi;
- Zərurət yarandığı halda müştərilərə tikintinin vəziyyəti, mənzillər, ödəmə şərtləri barədə ilkin məlumatların verilməsi;
- Daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
- Müştərilər haqqında statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi;
- Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.
Namizədə tələblər:
- Ali təhsil
- Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook);
- Azərbaycan və rus dillərində mükəmməl danışıq qabilliyyəti və ünsiyyət bacarığı;
- Təşkilati bacarıqlar;
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək etik davranış qabiliyyəti;
- Səbrli və məsuliyyətli olmalı.
Əlavə məlumat
- İş qrafiki: Növbəli qrafik əsasında 5 günlük iş həftəsinə uyğun olaraq müəyyən edilir.
- Əməkhaqqı: 350 AZN –dən başlayır
CV-lərinizi [email protected] ünvanına "Müştəri xidmətləri" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
Vəzifə öhdəlikləri və iş barədə məlumat
- Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
- Buraxılış nəzarət sisteminin həyata keçirilməsi
- Müəssisə ərazisini nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək
- Daxili təhlükəsizlik qaydalarına əmək olunmasına nəzarət etmək
- Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək
- Hadisələrə qarşı diqqətli davranmaq
- Başverən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq
- Ərazini vaxtaşırı gəzmək, vəzifələrin icrasını həyata keçirmək
- Əraziyə gələn qonaqlarla etik normalar əsasında davranma, gülərüz münasibət göstərmək
- Tapşırılan ərazidə yerləşən obyektləri daim nəzarətdə saxlamaq
- Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə məruzə etmək
- Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbəni təlimata uyğun qaydada aparmaq
- Növbə zamanı xüsusi geyim formasında olmaq
- Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək
- Şirkətin daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək
- Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə istiqamətləndirmə və məlumatlandırma işini görmək
- Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək
Vəzifə ilə bağlı tələblər
- Yaş: 20-30
- Cinsi: kişi
- Boyu: 170 sm
- Həqiqi hərbi xidməti başa vurmuş
- Təhsili: Tam orta və ya peşə təhsili
- Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir
- Rus dilini bilməsi üstünlükdür
- Çevik və doğru qərar vermə bacarığı
- Məhkumluluğunun olmaması
Əlavə məlumat
- Əməkhaqqı: 600 AZN
- İş saatı: Növbəli iş qrafiki ilə təyin olunur