Yaşayış komplekslərinin satışını həyata keçirən Şirkətlər müştərilər üçün maraqlı təklif edirlər. Lakin bir çox hallarda bu təkliflər müştərinin istəkləri ilə üst-üstə düşmür. Bizdə müştəriləri analiz edərək onların istəklərini qarşılayacaq təkliflər verməyə çalışdıq.

Bu təkliflər təkcə söz deyil eyni zamanda layihəmizdə rahatlıqla görünə bilinəcək həyata keçirilən və keçiriləcək işlərdir. Biz müştərilərin narahatlığını ifadə edərək Şirkətimizin həll yollarını da göstərməklə müştərilərimizə “Niyə Bizi seçməlidir?” sualına cavab verməyə çalışacağıq.

ÇIXARIŞLI MƏNZİLLƏR

Müştəri narahatlığı

Daşınmaz əmlaka sahib olmaq istəyən bir çox müştəriləri narahat edən ən başlıca məsələlərdən biri, mənzillərin çıxarışla (kupça) təmin olunub olunmaması olmuşdur.

Şirkətimizin həlli

Melissa Group tikinti şirkəti, Azərbaycanda ilk dəfə sakinləri mənzillərə köçməmişdən əvvəl çıxarış (kupça) və texniki pasport ilə təmin etməkdədir. Məhz buna görə də yaşayış kompleksimizdə mənzil sahibi olmaq üçün tərəddüt etməyinizə gərək yoxdur.

MÜXTƏLİF ÖDƏNİŞ ŞƏRTLƏRİ

Müştəri narahatlığı

Müştərilərin böyük bir qismi mənzil əldə etmək istərkən ödəniş problemi ilə qarşılaşır və mənzilin tam dəyərini nağd şəkildə həyata keçirə bilmirlər.

Şirkətimizin həlli

Bunları nəzərə alaraq Şirkətimiz müştəriləri üçün müxtəlif qiymət siyasəti və ödəniş şərtləri təklif edir :

  • Nağd ödəniş (Xüsusi güzəştli qiymətlərlə),
  • Sərfəli kredit (Müxtəlif şərtlərlə 60 ayadək)
  • 25 ilədək ipoteka

MÜASİR TİKİNTİ QAYDALARI

Müştəri narahatlığıconstruction-stock

Mənzil bazarında baş verən bir çox problemlər müştəriləri narahat edir. Çox zaman mənzil alışında ciddi tərəddüdlərə səbəb olur. Adətən bu narazılıqlar tikintinin vaxtında başa çatdırılmaması, mənzillərin təhvil verilməməsi, tikintinin düzgün sənədləşdirilməməsi və s-dən ibarətdir.

Şirkətimizin həlli

Qeyd edilən narazılıqları aradan qaldırmaq üçün, şirkətimiz aşağıdakı prinsipləri rəhbər tutur:
Sənədləşmə işini tam başa çatdırmadan tikinti və satışa başlamamaq, ”İlk al, ilk yaşa“ məntiqli modulyar yaşayış kompleksi ideyasına sadiq qalmaq. Bu ideyanın tətbiqi o deməkdir ki, Şirkət kompleksi hissə-hissə tikir, ancaq tikintisinə başladıqlarını satışa çıxarır və başa çatdıraraq yaşayışa təhvil verir.

PEŞƏKAR LAYİHƏLƏNDİRMƏ

construction-2Müştəri narahatlığı

Alınmış mənzil sahəsi ilə faydalı sahə arasındakı fərq müştərilər üçün ciddi bir problemdir. Müştəri, pulunu ödədiyi sahəni əldə edərkən, lazımsız sahələrin mövcudluğundan və aldadılmasından ciddi narahatçılıq keçirir.

Şirkətimizin həlli

Tikinti prosesinin düzgün təşkili və müştəri məmnuniyyəti binanın optimal layihələndirilməsindən birbaşa asılıdır. Bu sahədəki həllərimiz bunlardır:

  • Layihələndirməni normalara uyğun aparmaq,
  • Mənzilin faydalı sahəsini maksimum səviyyəyə çatdırmaq,
  • Eyvan sahələrini müştəri ehtiyacına uyğunlaşdıraraq minimum səviyyədə saxlamaq (Ümumi sahənin 2-3 % nisbətində),
  • Ümumi sahələr, sanitar qovşaq və s sahələrin müştəri ehtiyacına uyğun olaraq optimal şəkildə tənzimləmək, Satış sahəsinə ancaq müştərinin faydalanacağı sahələr daxil etmək.

OPTİMAL YERLƏŞMƏ

Müştəri narahatlığı

Yaşayış yerinin infrastruktura-avtobus duracağına, metro stansiyasına yaxın olması və şəhərin önəmli yerlərinə qısa müddətdə gedib-gəlmə imkanı hər bir insanın arzuladığı xəyaldır. Lakin bəzən bu xəyalların reallaşması çətin olur.

Şirkətimizin həlli

Şirkətimiz yaşayış komplekslərinin tikintisini həyata keçirdiyi zaman onun yerinin optimal olmasına xüsusi diqqət edir. Hazırdakı layihələrimizdə yerləşmə aşağıdakı kimi həll edilmişdir:

Layihəmizin şəhərə bir neçə giriş-çıxışı mövcuddur, Yaşayış kompleksi 20 Yanvar metrosunun 10 dəqiqəlik piyada yürüşündə yerləşir.

TAM TƏMİR

Müştəri narahatlığı

Yeni evinə köçdükdən sonra sakit həyat, gözəl qonşuluq və xoş günlər insanların arzusudur. Lakin bitməyən mənzil təmirləri, davamlı tikinti materialların daşınması, ətrafı çirkləndirilməsi, naməlum usta və briqadaların binaya daxil olması bu arzuları alt-üst edir və narahatlıq hətda qonşularla münasibətin korlanmasına gətirib çıxardır.

Şirkətimizin həlli

Bu narahatçılığın aradan qaldırılması üçün Şirkətimiz tam təmirli mənzillər təklif edir:
Yaşayış kompleksinin həyətyanı sahəsi tam təmir edilib istifadəyə verilir, binaların ümumi sahələri tam təmir edilir. Mənzillər müştəriyə tam şəkildə təmir edilərək “Gəl Yaşa!” sloqanı ilə təqdim edilir.

RAHAT HƏYAT KONSEPTİ

Müştəri narahatlığı

Yeni evinə köçdükdən sonra sakit həyat, gözəl qonşuluq və xoş günlər insanların arzusudur. Lakin bitməyən mənzil təmirləri, davamlı tikinti materialların daşınması, ətrafı çirkləndirilməsi, nəmalum usta və briqadaların binaya daxil olması bu arzuları alt-üst edir və narahatlıq hətda qonşularla münasibətin korlanmasına gətirib çıxardır.

Şirkətimizin həlli

Müştərilər mənzil alarkən binanın yaxınlığında market, idman kompleksi, uşaq bağçası və digər həyat üçün rahat infrastrukturların olunmasını arzu edir.

Bütün bunları nəzərə alaraq, layihəmiz, ümumi sahənin 30%-ni binalara, 70%-ni isə yaşıllıq üçün nəzərdə tutulub.