Təmir zamanı düzgün qapı seçimi

https://melissapark.az/storage/app/media/T%C9%99mir%20zaman%C4%B1%20d%C3%BCzg%C3%BCn%20qap%C4%B1%20se%C3%A7imi_20220117164927.png

Daxili qapı modelinin seçimi divarlarda istifadə olunan boya rəngi qədər vacibdir. Qapı modeli evin bütün görünüşünü dəyişdirən və evin üslubunu, tərzini təyin edən bir hissədir. Daxili dekorasiyada istifadə ediləcək qapı modeli seçimində istilik və rütubət səviyyəsi kimi bir çox fərqli meyarlar nəzərə alınmalıdır. Misal üçün vanna otağı kimi davamlı buxar və nəmin olduğu bir ərazidə taxta qapılardan istifadə daha çox diqqət və qayğı tələb edir.

Belə ərazilərdə MDF, melamin, laminat materiallarından, xüsusən də PVC-dən hazırlanmış qapılara üstünlük verilməlidir. Qapının nə qədər davamlı olduğunu, quruluşunun nə qədər güclü olduğunu, qiymətin performans xüsusiyyətləri ilə əsaslandırılmış olub-olmadığını aydınlaşdırmaq üçün onların növlərini və xüsusiyyətlərini müəyyənləşdirmək lazımdır. 

Daxili qapılar

Belarusiya istehsalı olan daxili qapılar Avropa standartlarının və münasib qiymətlərin cəminin göstəricisi olaraq ən keyfiyyətli məhsul istehsalçıları sırasındadır. Belarusiya qapıları istehsalında yalnız ekoloji təmiz materiallar və müasir texnologiyalardan istifadə olunur.

Melissa Group tikinti şirkəti müştərilərə təqdim etdiyi təmir növlərində Belarusiya istehsalı olan “Belwood doors” markasının qapılarından istifadə edir.

Belwood doors – 2018-ci ildən etibarən Belarusiyada lider olan, hər gün dünya miqyasında hədəf auditoriyasını genişləndirən bir markadır. Hal-hazırda bu markanın daxili qapıları 17 ölkədə satılır. Belwood doors qapılarının digər qapılardan fərqli xüsusiyyətləri yüksək etibarlılıq, estetik görünüş, əlverişli qiymət və güclü izolyasiyadır.

Həmçinin bu qapılar təkcə ev üçün deyil, həm də ofis sahəsində uğurla istifadə etməyə imkan verən yüksək aşınma müqavimətinə malikdir.

Türkiyə istehsalı olan “Anadooria” markası 1978-ci ildə kiçik bir qapı şirkəti olaraq qurulmuş, hazırda taxta qapı istehsalında dünya markasına çevrilmişdir. Melissa Group tikinti şirkəti də müştərilərə təqdim etdiyi təmir növlərində Türkiyə istehsalı olan “Anadooria” markasının qapılarından istifadə edir.

“Anadooria” markasının ağ boyalı qapıları bir çox ev əşyaları ilə mükəmməl uyğunlaşa bilir. Bu qapı modelləri ilə evinizə əlavə edilən dəyər əhəmiyyətli dərəcədə artacaqdır. 

Yüksək keyfiyyətli elit qapılar gündəlik istifadəyə davamlı olmalı, otaqlar arasındakı səs ötürülməsini minimuma endirməli, xarici təsirlərə qarşı davamlı olmalıdır. Qapı seçimi etmək çox çətin və diqqət tələb edən prosesdir.