Evi ifadə edən çox şey var. Buna misal olaraq eyni ölçüdə evlərə sahib olan bir binada dekorasiya qərarları ilə nə qədər fərq yarada bilərsiniz. Evdə istifadə olunan mebel, pərdə, xalçalardan əlavə olaraq boyalardan da istifadə etməklə müəyyən illuziyalar yaratmaq mümkündür. Əşya ilə dolub daşsa da boya ilə otağı daha geniş və ya tavanı daha hündür göstərmək olar.
Otağı daha geniş göstərmək üçün...
Tamamilə açıq rəngdə boyanmış otaq geniş bir boşluq ifadə edəcəkdir. Bu metodla ən yaxşı nəticəni tavan və divarları ağ rəngdə boyanmış bir otaqla ala bilərsiniz. Gələn işığı əks etdirərək, içəridəki əşyaların ölçüsündən və miqdarından asılı olmayaraq daha geniş bir otaq mənzərəsini təmin edə bilərsiniz.
Otağı daha kiçik və basıq göstərmək üçün...
Divarları və tavanı tünd rənglərdə boyayaraq otağa daha qapalı bir görüntü qazandıra bilərsiniz. Əgər olduqca böyük otağınız varsa və əşya ilə doldurmaq istəmirsinizsə bu boya metodu ilə komfort görüntü yarada bilər, həm də mebel ilə otağı hissələrə bölə bilərsiniz.
Otağın tavanını daha yüksək göstərmək üçün...
Açıq rəng tavana ziddiyyət yaratmaq üçün tünd rəng divar boyası tərcih edə bilərsiniz. Beləliklə, ideal otaq ölçülərinə görə daha hündür tavan görüntüsü yarada bilərsiniz. Bu təsiri daha qüvvətli etmək üçün divar bəzəklərindən istifadə etməməyiniz tövsiyə olunur.
Otağı daha ensiz göstərmək üçün...
Qarşı-qarşıya olan 2 binanı tünd rəngə, tavan və döşəməni açıq rəngə boyaya bilərsiniz. İşığın yansımağına təsir edən tünd rəng, divarları bir-birinə daha yaxın göstərəcək
Otağı daha dərin göstərmək üçün
Tək bir divarı tünd rəngə boyamalısınız. Qapıdan daxil olarakən tam qarşıdakı divarı tünd rəngə boyamaq daha çox tərcih edilir. Beləliklə daha yaxşı nəticə əldə edə və otağı olduğundan daha uzun göstərə bilərsiniz
Otağı daha alçaq göstərmək üçün...
Sadəcə tavanı tünd rəngə boyayıb, divarların oyanmasında açıq rənglərdən istifadə edərək otağın olduğundan daha basıq görünməsini təmin edə bilərsiniz.