Sərfəli mənzil, keyfiyyətli mənzil deməkdirmi?

https://melissapark.az/storage/app/media/serfeli-menzil-keyfiyyetli-menzil-demekdirmi20220117165236.png

Son dövrlərdə Azərbaycanda tikinti sahəsi sürətlə inkişaf edir. Əsasən də paytaxtımızda inşa olunan hündür mərtəbəli binalar şəhərin görkəmini dəyişməklə ona xüsusi gözəllik verir. İnsanlar mənzil alarkən ilk növbədə qiymətə, daha sonra mərtəbəyə və otaqların genişliyinə diqqət yetirirlər. Bəzi insanlar düşünürlər ki, bir binada mənzilin 1 m² qiyməti digər bina ilə müqayisədə aşağıdırsa, həmin mənzil sərfəlidir.

Sərfəli mənzil, keyfiyyətli mənzil deməkdirmi?
Əlbətdəki xeyr.

Araşdırmalar göstərir ki, qiymətin sərfəli olması həm keyfiyyətin aşağı olması, həm də binada mövcud olan bir sıra çatışmazlıqlar ilə əlaqədardır. Həmin çatışmazlıqlar binada izolyasiya sisteminin olmaması, təmir zamanı keyfiyyətsiz materiallardan istifadə olunması, lift problemi ilə bağlıdır.

İzolyasiya sistemi – çöldən və qonşu mənzillərdən gələn səs-küyü azaldır, evin temperaturunu qoruyub saxlayaraq enerjiyə qənaət və yanğın təhlükəsizliyini təmin edir. Bəzi tikinti şirkətləri “ucuz olsun” deyərək binaları adi suvaqla və ya müxtəlif materiallarla üzləyərək müştərilərə satırlar. Ucuz aldıqlarını düşünən mənzil sahibləri isə əslində keyfiyyətsiz və baha mənzilə sahib olurlar. Beləliklə də, uzun illər yüksək kommunal ödənişi ödəyib, keyfiyyətsiz mənzildə yaşayırlar.

Amerika və Avropa təcrübəsi sübut etmişdir ki, binalarda ən yaxşı izolyasiya sistemini təmin edən material daş yundur. Keyfiyyətə üstünlük verən tikinti şirkətləri bu materialdan istifadə edirlər.

Alıcıların rahatlığını təmin edəcək yaşayış kompleksləri ilə bazarda keyfiyyət və rahatlığın ünvanına çevrilən Melissa Group tikinti şirkəti yaşayış komplekslərinin fasadlarında daş yunundan istifadə edir. Həmin daş yunun 5 sm-i 80 sm kərpic divarı əvəz edərək, mənzillərin yayda sərin, qışda isti olmasını təmin edir. Bu da mənzil sahiblərinin həm sağlamlığına, həm də büdcəsinə qənaət edir.

Müasir tələblərə cavab verən, hər zaman sakinlərin komfort və rahatlığını düşünən Melissa Group binaların tikinti–təmir proseslərində Türkiyə və Alman istehsalı yük və sərnişin liftlərindən, plastik qapı-pəncərə sistemlərindən, seyf qapılardan, domafon sistemli blok qapılarından, İtaliya istehsalı olan kafel–metlax və parketlərdən istifadə edərək keyfiyyət və rahatlığın simvoluna çevrilmişdir.