İş həyatında virusdan qorunmaq

https://melissapark.az/storage/app/media/%C4%B0%C5%9F%20h%C9%99yat%C4%B1nda%20virusdan%20qorunmaq_20220117165504.png

Ölkəmizlə bərabər bütün dünyanı təhdid edən koronavirus (Covid-19) epidemiyası səbəbindən öz sağlamlığımızı və ətrafımızdakıların sağlamlığını qorumaq üçün evlərimizdə qalmağa çalışırıq. Mütəxəssislər epidemiyanın qarşısını almaq üçün sosial təcridin çox vacib olduğunu vurğulayırlar, lakin evdə iş metodlarını tətbiq edə bilməyən, bəzi vacib peşə qrupları iş yerlərində işləməyə məcburdurlar.

Səhiyyə işçiləri, əczaçılar, bank işçiləri, nəqliyyat işçiləri kimi peşə sahibləri hamımız üçün vacib olan məhsul və xidmət axınının kəsilməməsini təmin edirlər. Bu yazıda hər gün iş yerinə getməli olan işçilərin öz sağlamlıqlarını qorumaq və ətrafındakılara təhlükə yaratmamaq üçün edilən tədbirləri araşdırdıq.


Ətrafımızdakılarla aranızda ən azı 1 metr məsafədə olmaq, əllərimizi tez-tez yumaq, yaxınlığınızda heç bir sanitar qovşaq olmadıqda dezinfeksiyaedən vasitələrdən istifadə etmək, üzümüzə toxunmamaq kimi təməl tədbirləri görmək son dərəcə vacibdir.

İş yerini işə gələn kimi qısa müddətdə dezinfeksiya etmək gündəlik təmizliyi təmin edən təsirli üsullardan biri ola bilər. Müntəzəm və toplu şəkildə təmasda olan səth və ya materiallar davamlı dezinfeksiya edilməlidir, əlavə olaraq bu səthlərə və materiallara toxunarkən əllərinizi mütləq yumalısınız və ya dezinfeksiyaedici salfetkalardan istifadə etməlisiniz. Bu səbəbdən, birdəfəlik salfetlər və dezinfeksiyaedici maddələr kimi məhsulları ehtiyacınız olduqda asanlıqla əldə edə biləcəyiniz yerlərdə saxlamağı məsləhət görürük.



Ümumi çalışma sahələrində izdihamın olmamasına diqqət yetirilməlidir. Bir çox insanın bir araya gəlməsini tələb edən görüşlər və tədbirlər virtual mühitdə aparılmalı və ya ləğv edilməlidir. Bununla bərabər, digər işçilər və ya müştərilərlə əl sıxmaq və qucaqlaşmaq kimi fiziki təmas hərəkətlərindən çəkinməlisiniz. Tək olduğunuz və ya birdən çox adamın olduğu iş sahəsinin tez-tez havalandırıldığından əmin olmalısınız.

İş yerində gigiyenik və təhlükəsiz şəraitdə yemək yeyə biləcəyiniz yer yoxdursa yeməklərinizi evdən gətirməyinizi təklif edə bilərik. Yeməyinizi iş yeməkxanasında və ya çöldə yeməyi üstün tutursunuzsa, yeməkdən əvvəl və sonra əllərinizi mütləq yuyun. Yemək sifarişlərini ödəyərkən isə minimum təması təmin etmək üçün mümkündürsə kartla və ya onlayn ödəmə edin.

Xəstələr və virus daşıyan insanlar ilə birbaşa təmasda olmayan peşə qrupları üçün əllərin dezinfeksiyasını təmin etmək və fiziki məsafəni saxlamaq kifayətdir. Epidemiya zamanı işə getmək və evə qayıtmaq üçün ictimai nəqliyyatdan istifadə etməli olanlar da çox diqqətli olmalı və səyahətləri zamanı müxtəlif ehtiyat tədbirləri görməlidirlər. Hər gün yüzlərlə insan nəqliyyat vasitələrində təmasa girdiyindən, virus daşıma potensialı olduqca yüksəkdir.


Mümkün qədər az sərnişini olan, izdiham olmayan ictimai nəqliyyat vasitələrinə üstünlük verilməlidir. Nəqliyyat daxilində mümkün qədər digər insanlardan uzaq dayanmaq və içəridəki əşyalara minimum az toxunmaq lazımdır.. Bu səbəbdən, ictimai nəqliyyatdakı tutacaq və dirəklərə toxunmaqdan maksimum çəkinin. Əgər ayaq üstündə səyahət etməli olsanız bir istifadəlik salfetlərlə səth və əl arasında bir sədd yaratmalısınız. Nəqliyyat vasitəsindən enən kimi istifadə etdiyiniz dəsmalınızı atmalı və dezinfeksiyaedici ilə əl gigiyenasını təmin etməlisiniz. Evə çatan kimi paltarınızı dəyişərək, onları yüksək temperaturda yumalısınız.