Yeni tikilidən aldığım mənzil vaxtında təhvil veriləcəkmi?

https://melissapark.az/storage/app/media/Yeni%20tikilid%C9%99n%20ald%C4%B1%C4%9F%C4%B1m%20m%C9%99nzil%20vaxt%C4%B1nda%20t%C9%99hvil%20veril%C9%99c%C9%99kmi_20220124093831.png

Bir çox hallarda həyatımızı dəyişdirəcək önəmli qərarlar veririk. Bunlardan biri də mənzil alarkən verdiyimiz qərardır. Elə hər şeydə bundan sonra başlayır…

Yeni tikilən, xüsusən də tikintisi yeni başlamış və davam edən binalarda ev almaq insanları iki dəfə düşünməyə vadar edir. Alıcıları aldadan tikinti şirkətlərinin mövcudluğu buna ən əsas səbəblərdəndir. Alıcılar çox zaman qiymətinin ucuz olması səbəbi ilə hazır binadan çox, təməli yeni qoyulan binalardan mənzil almağa üstünlük verirlər.

Vətəndaşların tikinti şirkətləri haqqında məlumatsızlığı və araşdırmadan verdikləri yanlış qərarlar qazanclı çıxmaq istəyərkən bəzən onlara baha başa gəlir. Külli miqdarda pul ödəyib evlərinin hazır olacağı günü gözləyirlər. Amma o gün gəlmir ki, gəlmir. Əvəzində elə bir gün gəlir ki, vətəndaş aldandığını başa düşür.

Tikilməkdə olan binalardan mənzil alarkən şirkətlər hazır mənzil olmadığı üçün nümunə mənzillər göstərib, mənzillə əlaqədar digər detalları yazıyla, xətlə, maketlə və ya şəkillərlə izah etməyə çalışırlar. Siz də doğru olaraq bu vəziyyətdə fikirləşirsiz, narahat olursuz. Bir yandan verdiyiniz bəlli məbləğ, digər yandan aldığınız risk yuxularınızın qaçmasına səbəb olur.

Ortaya sual çıxır! – Bəs yeni tikilmiş və ya tikilməkdə olan evi alarkən nələrə diqqət edilməlidir?

Bunun üçün mütləq tikintini hansı inşaat şirkətinin həyata keçirdiyinə diqqət yetirin…

Mənzil alacağınız tikinti şirkətinin bənzər binalarının olması və onları bitirməsi önəmlidir. Həmin binalarda yaşayan sakinlərin problemsiz yaşadığı, xoşbəxt olduğu və şirkətlə münasibətlərinin hələ də yaxşı olması həmin şirkəti seçməniz üçün önəmli məqamdır. Şirkətin istifadəyə verdiyi binalara baxın və ona görə müraciətinizi edin.

Keyfiyyət və rahatlığın ünvanı – Melissa Park

Belə problemlərlə qarşılaşmamaq üçün fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlara irəliləməkdə olan Melissa Groupun hazırda inşası davam edən və geniş əhali kütləsi üçün nəzərdə tutulmuş Melissa Park Yaşayış Kompleksini təqdim edirik.

22 binadan ibarət olacaq, böyük sahəyə malik olan Melissa Park yaşayış kompleksində A1, A2, B1, B2 və C binasından sonra D binası da yanvar ayının əvvəllərində sakinlərə yaşayış üçün təhvil verilib. Ən əsası isə binaların deyildiyi vaxtda (təqribən 1.5 il müddətinə) sakinlərin istifadəsinə verilməsidir. Bundan əlavə Melissa Groupun sakinləri mənzillərə köçməmişdən əvvəl çıxarış (kupça) və texniki pasport ilə təmin etməsi onun ən böyük üstünlüklərindən biridir. Təsadüfi deyil ki, təhvil verilən binalarda mənzillərin 99 faizi satılıb.

Problemsiz, rahat və vaxtında mənzil sahibi olmaq istəyirsinizsə, seçimizini Melissa Parkdan edin!