Evinizi sərinlətməyin yolları

https://melissapark.az/storage/app/media/Evinizi%20s%C9%99rinl%C9%99tm%C9%99yin%20yollar%C4%B1_20220124093434.png

Havaların istiləşdiyi və axşam mehi üçün darıxdığımız bu zamanda sərinləmə ehtiyacını günün hər bir vaxtında hiss etməyə başlayırıq. Xüsusilə, koronavirus pandemiyası səbəbiylə istiləşməyə doğru gedən havada, özümüzün və ətrafımızdakı insanların sağlamlığını qorumaq üçün mümkün qədər evdə qalmağı üstün tuturuq. Bu müddət ərzində evdə özünüzü narahat hiss etməmək üçün sərin və geniş bir otaq atmosferini necə yarada bilərsiniz? Evinizi sərinlətmək üçün edə biləcəyiniz bəzi tövsiyələr aşağıdakılardır.

 

Evdə hava axını yaradın

Ən çox bilinən sürətli sərinlətmə yolu evdə hava axını yaratmaqdır. Bir otaqda əsasən bir birinə əks istiqamətdə olan pəncərələri açıq qoyaraq istilik fərqi səbəbindən bir hava yolu yaratmaq mümkündür. Ancaq bunu edərkən qapıların sürətlə çırpılacağını və sağlamlıqla əlaqədar bəzi problemlərin yarana biləcəyini də nəzərdə saxlamaq lazımdır. Bunun üçün də müəyyən vaxt aralığında bu metoddan istifadə etmək olar.

 

Evdəki ventilyatorlardan istifadə edin

Evinizdə soyutma ventilyatoru olmaya bilər. Bununla birlikdə, qoxuları aradan qaldırmaq üçün evdə tapılan mətbəx və vanna otağı ventilyatorlarını da unutmamaq lazımdır. Evinizdə bir hava dövranı yaratmaq üçün onları müəyyən bir müddət işlədə bilərsiniz.

 

 

Bədən istiliyinizi tənzimləyin

 

Evdə istilik böhran vəziyətinə çatıbsa və edə biləcəyiniz hər hansı bir müdaxilə sizi sərinlətmirsə, bədən istiliyinizi azaltmağa cəhd edə bilərsiniz. Bunun üçün tez-tez soyuq duş qəbul edə bilərsiniz. Bu şəkildə özünüzdə ən azı bir neçə saat ərzində təzə və sərin bir hiss yaranacaq.

Eyni zamanda, soyuq bir şey yeyib-içmək vücudunuzun istilik balansını dəyişdirəcəkdir. Bunun üçün soyuducudakı soyuq limonad və ya qəlyanaltılar sizə çox kömək edəcəkdir. Xüsusilə ən sevdiyiniz yay meyvələrini soyuducudan çıxarıb daddıqca, yay fəslini hiss edəcək və bu fəslin gözəlliklərindən zövq almağa başlayacaqsınız.

 

 

İsti yeməklər bişirməkdən çəkinin.

Mətbəx evin ən isti otaqlarından biridir. Gün ərzində daim yemək bişirilən bir mühitdə yaranacaq istiliyi təsəvvür edə bilmərsiniz. Aspiratorun müəyyən dərəcədə kömək etməsinə baxmayaraq qaz və digər sobalar eyni vaxtda işləyirsə bu istilik evə paylanacaqdır. Buna görə də, əvvəlcədən planlama edərək mətbəxinizdə isti yemək hazırlamaq üçün sərf edilən vaxtı minimuma endirə bilərsiniz

 

 

Kompüter və digər elektronik əşyalardan istifadəni azaldın

İş zamanı soyuducu ventilyatorların işləməsinə asılı olmayaraq, çox isti olan kompüterlər və ekranlar ətraf mühitdəki temperatur tarazlığına da təsir göstərir. Ayrıca, həddindən artıq dərəcədə istiləşən kompüterlərin yanında olduğunuzda, xüsusilə də kompüteri daha çox yükləyən bəzi əməliyyatları yerinə yetirdiyiniz zaman bu istilik sizi narahat edə bilər. Əgər bir evdə birdən çox kompüter işləyirsə, yüksək keyfiyyətli soyuduculara ehtiyacınız olacaq. Bunun əvəzinə axşam saatlarında, evin sərin olduğu vaxtlarda istifadə etmək və ya gün ərzində vaxtaşırı kompüterinizi söndürərək evinizi sərin saxlaya bilərsiniz.