Böyüyən ailəniz üçün doğru mənzil seçimi

https://melissapark.az/storage/app/media/1_20220721170246.png

Mənzil əldə etmək böyük və vacib bir investisiyadır. Buna görə də mənzil seçimində və hansı şərtlərlə əldə edəcəyinizə qərar verməkdə çətinlik çəkə bilərsiniz. İstər investisiya, istərsə də yaşayış üçün daşınmaz əmlaka sahib olmaq hər kəs üçün çox vacibdir. Bu prosesdə qərar qəbul edərkən bütün detalları diqqətlə nəzərdən keçirməlisiniz.

Mənzilinizin əsas infrastruktur qovşaqlarına yaxın yerləşməsi ona dəyər qatan ən vacib elementlərdən biridir. Buna görə də, mənzil əldə edərkən doğru qərar vermək üçün mərkəzə yaxın ünvanın seçilməsi böyük əhəmiyyət daşıyır. Ailəniz böyüdükcə, müxtəlif səbəblərdən yollarda vaxt itirməmək üçün mənzil əldə edərkən iş yerinizə, övladlarınızın məktəbinə, müxtəlif səhiyyə müəssisələrinə və nəqliyyat vasitələrinə yaxınlıq son dərəcə vacibdir. Eyni zamanda yaxınlıqda mağazaların, restoranların, əyləncə-istirahət məkanlarının, tədris mərkəzlərinin olması da həm bugün, həm də gələcək planlarınız üçün vacib üstünlüklərdən sayılır.

Müxtəlif formada mənzil bölgüsü, ərazinin sərfəli şəkildə dəyərləndirilməsi böyüyən ailələr üçün əsas üstünlüklərdən biridir. Mənzildə geniş mətbəx və eyvanın olması ən önəmli faktordur. Güclü mühafizəsi və avtomobilsiz həyət konsepsiyası olan yaşayış kompleksi isə insanların yaşamağı arzuladığı yerdir.

Alacağınız evin xalis sahəsi ilə ümumi sahəsi arasında fərq ola bilər. Buna görə də mənzilin sahəsinin çöldən və ya içdən hesablanmasını müəyyənləşdirməlisiniz.

Mənzili aldığınız tikinti şirkətinin və ya podratçının etibarlılığı da son dərəcə vacibdir. Şirkətin tarixini, hansı layihələri təhvil verdiyini və hələ də davam edən layihələrini araşdırmalısınız. Əks halda, gözlənilməz nəticələr ilə üzləşə bilərsiniz.

Gözləntilərinizi qarşılayan ev sizin üçün ideal seçim olacaqdır. 22 ildir inamlı addımlarla tikinti bazarında irəliləyən Melissa Group ailəsi daha da böyüməyə davam edir. Böyüyən ailəmizin bir üzvü olmaq istəyirsiniz?

Elə isə bu kampaniya tam sizə görədir. İndi CƏMİ 590 AZN aylıq ödəniş edərək, Melissa Parkda tam təmirli 2 otaq studiya mənzilə sahib ol! Böyüyən ailəmizdə sənə də yer var. Mənzillər məhdud saydadır!

Ətraflı məlumat üçün*3939-a zəng edə və ya satış mərkəzimizə yaxınlaşa bilərsiniz. Satış mərkəzinin ünvanı: H.Zərdabi 202 A