Layihə haqqında

Fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlara irəliləməkdə olan Melissa Group məmnuniyyətlə hazırda inşaası davam edən və geniş əhali kütləsi üçün nəzərdə tutulmuş Melissa Park Yaşayış Kompleksini təqdim edir.

Şəhərimizin əsas infrastruktur qovuşaqlarının yaxınlığında, 20 yanvar metro stansiyasının yaxınlığında, Həsən bəy Zərdabi prospekti 3166-cı məhəllə-də yerləşən Melissa Park yaşayış Kompleksi rahat həyatın bütün elementlərini Sizlər üçün əlçatan edəcəkdir.

Layihəmiz şəhərin ən əsas yolları ilə əhatə olunmuşdur (Tbilisi prospekti, Zərdabi küçəsi və Salamzadə istiqamətində giriş- çıxışlar mövcuddur). Kompleksdən 20 yanvar metro stansiyasına 10 dəq-yə piyada çatmaq olar.

Melissa Group müştərilərinin istəklərinə və imkanlarına uyğun olaraq Melissa Park Yaşayış Kompleksində kommunal xidmətlərlə təchiz olunmuş 1, 2, 3 otaqlı və fərdi seçimli tam təmirli mənzillərin həm nağd, həm də ipoteka yolu ilə satışını təşkil edir.

1

A 1 binası 

2

A 2 binası 

3

B 1 binası 

4

B 2 binası 

5

E1 binası 

6

C binası 

7

D binası 

8

E2 binası 

Hazırda müştərilər üçün əhəmiyyətli mövzulardan biri də aldıqları mənzilin təmiridir. Məlumdur ki, mənzilin təmiri çox məsrəfli və başağrıdıcı bir işdir. Bundan əlavə olaraq ətrafda davamlı təmirin aparılması sakinləri də narahat edir. Bütün bunları nəzarə alaraq Melissa Park layihəsində Sizlər üçün tam təmirli mənzilləri təqdim edirik. Sizə ancaq yaşamaq üçün mebel, elektronika ləvazimatlarının və qab-qacağın seçilməsi qalır. Melissa Park sizlərə təmir müddətinə qədər 3 təmir növündən birini seçməyi təklif edir. Hər üç təmir növü sizin zövqünüzü oxşayacaqdır. Təmir dedikdə biz ümumi girişin, yataq, qonaq və uşaq otağının tavan, döşəmə və divarlarının tam təmir edilməsini nəzərdə tuturuq. Hamam, tualet də xüsusi şəkildə təmir ediləcək və avadanlıqlarla təchiz ediləcəkdir.

Melissa Group öz müştərilərinin rahatlığını düşünərək ” İlk Al, İlk Yaşa ” modulyar yaşayış Kompleksi konseptini Melissa Park yaşayış Kompleksində tətbiq etmək qərarına gəldi. Bu qərar insanları çox gözləmədən, qısa müddətə almış olduqları mənzilə köçərək həyat tərzlərinə davam edərək rahat yaşamaları üçün əvəzedilməz fürsətdir.

Məhz ” İlk Al, İlk Yaşa ” konseptli bu modulyar konseptli yaşayış kompleksinin hazırda inşaasına başlanılan və ya inşaası davam edən digər yaşayış komplekslərindən fərqi ondan ibarətdir ki, digər yaşayış komplekslərində yaşayış binaları kompleks şəkilində tam hazır olduqdan sonra, yəni inşaat tam olaraq bitdikdən sonra (kompleksdəki binaların hamısı hazır olduqdan sonra) sakinlərə istifadəyə verilə bilir. Sakinlər kompleksdəki binalardan hansısa biri tam tikilib bitmədikdə öz aldığı mənzildə yaşaya bilməz.

Lakin bizim Sizlərə təklif etdiyimiz və hazırda inşaası davam edən 23 binadan ibarət olacaq, böyük sahəyə malik olan Melissa Park yaşayış kompleksində ” İlk Al, İlk Yaşa ” prinsipinə əsaslanmağımızın da əsas səbəbi ondan ibarətdir ki, satışa çıxardığımız yaşayış kompleksindəki binaların inşaasını başladaraq qısa müddətə binaları ( inşaası bitən binanı) tam yaşayışa hazır vəziyyətə gətirərək sakinlərə yaşayış üçün təhvil verməkdir.

Melissa Park yaşayış Kompleksində daimi su, işıq və qaz sisteminin təminatı və aşağıdakı iaşə obyektləri yer alacaqdır.

  • Yeraltı avtodayanacaq
  • Hipermarket
  • Kafe və restoranlar
  • Uşaq bağçası
  • Fitness & SPA
  • 24 saat təhlükəsizlik xidməti
  • Təmizlik və konsierj xidməti
  • 70 % geniş həyətyanı sahəni əhatə edən yaşıl park
  • Açıq hava idman sahələri
  • Mərkəzi isitmə sistemi

Melissa Park Yaşayış Kompleksində aldığınız mənzilin tikintisinin bitməsini çox gözləmədən və üstəlik təmir üçün əlavə pul xərcləmədən istədiyiniz və arzusunda olduğunuz TAM TƏMİRLİ mənzilə sadələşmiş sənədləşmə əsasında qovuşacaqsınız.