Будут рассматриваться только те обращения, которые соответствуют форме CV «Мелисса Груп»: .
Vəzifəyə dair tələblər:
• Kommunal ödənişlərinin pul vasitələrinin və qiymətli kağızlarının qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulunun həyata keçirilməsi, hesabatı.
• Əmək haqqı və mükafatların verilmə qaydaları
• 1C proqramında işləmək bacarığı
• Mədaxil-məxaric xərcləri sənədləri əsasında kassa kitabçasının tərtibatı
• Pul qalığı, hesabatı, faktiki məbləğin kassa əməliyyatlarının qaydalarına uyğun olaraq tərtibatı.
• Nağdsız və nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi
Namizədə dair tələblər:
• Kassa əməliyatlarının aparılma qaydası, təlimatları.
• Qiymətli kağızların qəbul edilməsi, mühafizəsi, hesabə və təhvil verilməsi qaydaları
• Kassa qalıqları haqqında qaydalar
• Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi;
• Hesabatlılıq
• MS Office proqramları üzrə yüksək iş bacarığı
• 1C proqramında iş bacarığı.
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
• Fərdi və kollektivdə işləmə qabiliyyəti.
• Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik
• Yaş həddi: 20-35.
Əlavə qeydlər:
• İş qrafiki: 5 günlük iş həftəsi
• Əmək haqqı: əmək bazarı şərtləri nəzərə alınmaqla namizədin bilik və bacarıqlarına uyğun olaraq.
CV-lərinizi [email protected] ünvanına "kommunal xəzinədarı" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.
Vəzifə öhdəlikləri
• Əmək qanunvericiliyinə uyğun olaraq, işçi hərəkətinin təmin edilməsi.
• İşə qəbul, əmək müqaviləsində müvafiq dəyişikliklər, işdən azad prosedurlarının icra edilə bilməsi.
• Məzuniyyət, intizam tənbehi, əmək qabiliyyətinin itirilməsi halları üzrə müvafiq sənəd və proseslərin icrası, koordinasiyası və izlənməsi.
• İşçilərin şəxsi işlərinin əksiksiz hazırlanması, əmək fəaliyyətindən irəli gələn dəyişikliklərin həyata keçirilməsi
• Şirkətin işçi axtarış prosedurunun tam həyata keçirilməsi
• Dövrü hesabatların hazırlanması, analizi
• Əmək qanunvericiliyini əsas tutaraq, bütün növ sənədlərin əksiksiz hazırlanması
• Kadr kargüzarlığına dair sənədləşmələrin aparılmasının təmin edilməsi;
• E-gov portalında və İSB-də əməliyyatların icra edilməsi
• İşçilərin orientasiya, adaptasiya, onlara təyin olunan imtiyazlardan istifadə, mövcud olan motivasiya performans dəyərləndirmə prosedurlarının icrası.
• Rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında yerinə yetirilməsi.
Namizədə bağlı tələblər
• Ali təhsil
• Yaş: 23-35
• Müvafiq sahə üzrə iş təcrübəsi;
• AR Əmək Qanunvericiliyi üzrə biliklər, Əmək Məcəlləsi, müvafiq normativ sənədləri bilməli
• Elektron Hökumət portalında, İSB sistemində sərbəst işləmək bacarıqları
• MS Office(MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
• Kadr kargüzarlığı haqqında biliyə malik olmalı;
• Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dili orta səviyyədə.
Əlavə qeydlər:
• İş qrafiki: 5 günlük iş həftəsi
• Əmək haqqı: əmək bazarı şərtləri nəzərə alınmaqla namizədin bilik və bacarıqlarına uyğun olaraq.
• Kişi namizədlərə üstünlük verilir.
CV-lərinizi [email protected] ünvanına "İR mütəxəssis" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.
Vəzifə öhdəlikləri:
- Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi;
- Satınalma və təchizatla bağlı xşirkətlərlə rəsmi danışıqların aparılması, partnyorların cəlb olunması;
- Potensial təchizatçıların və xidmət təminatçılarının məlumat bazasının yaradılması, təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi;
- Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlili üzrə müqayisəsinin aparılması, müqayisəni göstərən sənədin yaradılması və təchizatçıları texniki və maliyyə ballarına görə dərəcələrə bölünməsi;
- Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi və idarə edilməsi;
- İllik satınalma planının hazırlanması;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması, müqavilələrin hazırlanması;
- Satınalma risklərinin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
- Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
- Yerli bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi;
- Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması;
- Şirkətin yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil olunması.
- Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması.
Vəzifə ilə bağlı tələblər:
- Müvafiq məhsulların satınalınması sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
- Azərbaycan dilində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
- Rus və ingilis dili biliyi üstünlükdür
- Ali təhsil;
- Planlama, analiz və idarəetmə bacarığı;
- MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması;
Əlavə məlumat
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
- İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.
CV-lərinizi [email protected] ünvanına "təchizatçı" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.
Vəzifəyə dair tələblər:
- Kommunal, qaraj və avtodayanacaq xidmətininin hesabatının aparılması;
- İşə qəbul olunmuş əmək münasibətləri ilə bağlı mühasibatlıq proseslərnin icra olunması
- Bank əməliyyatlarının icra edilməsi
- 1C proqramında işləmək bacarığı
- Aylıq DSMF və vergi ödənişlərinin ödənilməsi;
- DSMF və vergi orqanlarına rüblük, illik hesabatlarının göndərilməsi, dəqiqləşmələrin verilməsi, aidiyyəti üzrə məktubların cavablandırılması;
- Aylıq gəlirlərinin hesablanması, xərclərin göstərilməsi və mənfəətin balanslaşdırılması, müvafiq dövlət orqanlarına (vergi, DSMF, statistika, məşğulluq) və rəhbərliyə hesabatların təqdim olunması;
Namizədə dair tələblər:
- Qeyri-kommersiya təşkilatlarında mühasibatlıq prosesləri ilə bağlı bilik və bacarıq
- Mühasibat uçotu və ya iqtisadi təhsilin bakalavr dərəcəsi
- Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi;
- Hesabatlılıq, rəsmi qurumlarla işləmə bacarığı
- MS Office proqramları üzrə yüksək iş bacarığı
- 1C proqramında iş bacarığı.
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
- Fərdi və kollektivdə işləmə qabiliyyəti.
- Yaş həddi: 23-35.
Əlavə qeydlər:
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək haqqı: əmək bazarı şərtləri nəzərə alınmaqla namizədin bilik və bacarıqlarına uyğun olaraq.
CV-lərinizi [email protected] ünvanına "kommunal mühasibi" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.
Vəzifə öhdəlikləri və iş barədə məlumat
• Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
• Binalarda və ərazidə sakinlərin rifahının yaxşılaşdırılması üçün xidməti vəzifəni həyata keçirmək.
• Bina və ərazidə təmizliyin təminatına nəzarət
• Yanğın təhlükəsizliyi və sanitar qaydalara riayət edilməsinə nəzarət etmək
• Sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlər planının hazırlanması, həyata keçirilməsi
• Yaşayış kompleksində yerləşən su, qaz, elektrik enerjisi avadanlıqlarının, eləcə də liftlərin fasiləsiz işinin, işıqlandırmaya nəzarətin təmin edilməsi
• Yaşayış binasının yerləşdiyi ərazinin həyətinin yaşıllaşdırılması, yaşıllaşdırılmış əraziyə qulluğun təmin edilməsi.
• Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək
• Sakinlərlə vaxtaşırı görüşlərin təşkili, problemlərin dinlənilməsi və həlli
• İş proseduru ilə əlaqədar olaraq sənədləşmə işlərinin əksiksiz həyata keçirilməsi
Namizədə dair tələblər
• Yaş: 25 və üzəri
• Cinsi: kişi
• Təhsili: Ali
• Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir
• Rus dilini bilməsi üstünlükdür
• Çevik və doğru qərar vermə bacarığı
• Rəhbərliyin vəzifə təlimatlarından irəli gələn tapşırıqlarının icrası
Əlavə məlumat
• Əməkhaqqı: Müsahibə əsasında təyin olunur
• İş saatı: Növbəli iş qrafiki ilə 5 günlük iş həftəsinə uyğun olaraq təyin olunur
CV-lərinizi [email protected] ünvanına "Komendant" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.
Vəzifəyə dair tələblər:
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılması
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əməkhaqqı fondunun xərclənməsinə ştat cədvəlinə uyğun olaraq nəzarət etmək;
Namizədə dair tələblər:
- Ali iqtisadi təhsil;
- Mühasib kimi istehsalat, xidmət və satış sektorunda 1 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri) ;
- 1C 7.7 və 8.3 rəsmi mühasibatlığın işlənməsi
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
- Fərdi və kollektivdə işləmə qabiliyyəti
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
Əlavə məlumat
- Əmək haqqı: Namizdən bilik və bacarıqlarına əsasən təyin olunacaqdır.
- Cinsi : Kişi
- Yaş : 25-35
- İş vaxtı və iş qrafiki: 5 günlük iş həftəsinə uyğun olaraq müəyyən edilir.
CV-lərinizi [email protected] ünvanına "Mühasib" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.