Türkiyədə meydana gələn dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması, təbii fəlakətdən zərər çəkmiş insanlara dəstək olmaq üçün Melissa şirkətlər qrupu ("Melissa Group, Performance Center, Collezione İtalia, NewCond") “Dəstək OL” şüarı ilə Qardaş Türkiyəyə “AFAD” xeyriyyə fondu vasitəsilə 1.000.000 TL dəyərində ianə etmişdir.
Yardım əsasən, dağılmış və yaşayışın bərpa olunacağı yerlərdə məhdud imkanlarla yaşamaqda olan Türkiyə vətəndaşları üçün nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki, 23 ildir Azərbaycanda uğurla fəaliyyət göstərən Melissa Group şirkəti, təkcə Azərbaycanda taleyüklü məsələlərin həllində deyil eyni zamanda, təbii fəlakətlər nəticəsində dağılmış və yaşayışı artıq mümkün olmayan ərazilərə də öz dəstəyini göstərməyə davam edir. Bu səbəbdəndir ki, dövlətimiz və xalqımız tərəfindən yaradılmış təşəbbüsə şirkət olaraq dəstək verdiyimiz üçün qürurluyuq.
Həm şirkət tərəfindən, həm də əməkdaşlarımız adından Türkiyədə baş verən, təəssüf və kədər hissi ilə qarşıladığımız bu xəbərə biganə qalmayacağımızı bildirmək istədik. Dünyadan köçən və evlərindən ayrı düşən insanların ağrı-acısını ürəkdən hiss edir, onların dərdini qəlbimizdə duyuruq.