Marketinq Meneceri (Melissa Group)

İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
İş yeri: Mayak Residence layihəsi


İşin Təsviri:

  • Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
  • Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi;
  • Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
  • Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
  • Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
  • Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
  • Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
  • Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
  • Marka mesajının doğru kommunikasiya kanalları vasitəsilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
  • PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Partnyorlarla daim ünsiyyətdə olmaq və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstək əldə etmək;
  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Qiymət strategiyasının işlənib hazırlanması;
  • Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
  • Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
  • Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
  • Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi.

Namizədə Tələblər:

  • Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya magistr dərəcəsi;
  • Marketinq sahəsində azı 3 il, marketinq rəhbəri vəzifəsində isə minimum 1 il iş təcrübəsi;
  • Marketinq strategiyası, brend idarəçiliyi və bazar araşdırmaları haqqında dərin biliklər;
  • Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olmaq;
  • Rəqəmsal marketinq alətləri və sosial media platformaları ilə işləmə bacarığı;
  • Güclü analitik düşüncə, kreativlik və liderlik qabiliyyəti;
  • Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
  • Tikinti sektorunda marketinq rəhbəri vəzifəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.

 Müraciət qaydası:

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq Meneceri” qeyd edərək, [email protected] ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Marketinq Mütəxəssisi (Melissa Group)

İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
İş yeri: Mayak Residence layihəsi


İşin Təsviri:

  • Marketinq strategiyasının icrasında iştirak etmək və gündəlik fəaliyyətlərin həyata keçirilməsi;
  • Rəqəmsal marketinq, sosial media və reklam kampaniyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • Sosial media platformalarında (Facebook, Instagram, LinkedIn və s.) aktivliyin təmin edilməsi, məzmun planının hazırlanması və icrası;
  • Reklam və promo materiallarının hazırlanması üçün agentliklər və tədarükçülərlə əməkdaşlıq etmək;
  • Bazar araşdırmalarının aparılması, rəqib analizlərinin hazırlanması və nəticələrin təqdim edilməsi;
  • Satış komandası ilə sıx əməkdaşlıq edərək marketinq dəstəyinin təmin edilməsi;
  • Şirkətin PR fəaliyyətlərində və tədbirlərin təşkilində iştirak etmək;
  • Müxtəlif marketinq layihələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • SEO və SEM fəaliyyətlərinin dəstəklənməsi, rəqəmsal reklamların performansının izlənilməsi;
  • Müştəri münasibətlərinin gücləndirilməsi üçün müxtəlif kommunikasiya kanallarının effektiv istifadəsi.

Namizədə Tələblər:

  • Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq və ya reklam sahəsində minimum 1 il iş təcrübəsi;
  • Rəqəmsal marketinq alətləri (Google Ads, Meta Business, SEO və s.) haqqında biliklər;
  • Sosial media idarəçiliyi və məzmun yaradılması sahəsində təcrübə;
  • Kreativ düşüncə, güclü analitik bacarıq və təşəbbüskarlıq qabiliyyəti;
  • Microsoft Office proqramlarında (xüsusilə Excel və PowerPoint) işləmə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür;
  • Tikinti sahəsində marketinq üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

 Müraciət qaydası:

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq Mütəxəssisi” qeyd edərək, [email protected]  ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Baş Mühasib (Supermarket Şəbəkəsi)

İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Melissa Store supermarketi


İşin Təsviri:

  • Supermarket şəbəkəsinin mühasibat uçotunun tam və düzgün aparılmasını təmin etmək;
  • Maliyyə əməliyyatlarının düzgün qeydiyyatını aparmaq və aylıq maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Vergi bəyannamələrinin, DSMF və statistika hesabatlarının vaxtında hazırlanması və təqdim olunması;
  • Debitor və kreditor borclarını izləmək və uyğunlaşdırmaq;
  • Təchizatçılar və tərəfdaşlarla maliyyə hesablaşmalarını nəzarətdə saxlamaq;
  • Bank əməliyyatlarının idarə edilməsi və müvafiq sənədlərin hazırlanması;
  • Mühasibat və vergi uçotunun qurulması, qanunvericiliyə əsasən, sənədlərin düzgün arxivləşdirilməsini təmin etmək;
  • Vergi və digər maliyyə yoxlamaları zamanı hesabatların hazırlanması və təqdim olunması.

Namizədə Tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (supermarket və ya pərakəndə satış sektorunda təcrübə üstünlükdür);
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu ilə bağlı qanunvericiliyi üzrə yüksək biliklər;
  • 1C mühasibatlıq proqramında və digər mühasibat proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Microsoft Office proqramlarında (xüsusilə Excel) peşəkar səviyyədə işləmə bacarığı;
  • Məsuliyyətli, dəqiq və analitik düşüncə qabiliyyətinə malik olmaq;
  • Azərbaycan dilində sərbəst danışmaq, rus və ingilis dili bilikləri üstünlükdür.

Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Baş Mühasib” qeyd edərək, [email protected]   ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Sənədləşmə üzrə Mütəxəssis

İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: müsahibə əsasında


İşin təsviri:

  • Şirkət daxilində sənədlərin idarə edilməsi və izlənməsi;
  • Müqavilələrin hazırlanması, düzgün tərtib edilməsi və vaxtında yenilənməsi;
  • Kargüzarlıq işlərinin aparılması, daxili və xarici yazışmaların müvafiq qaydalara uyğun təşkil edilməsi;
  • Sənədlərin düzgün arxivləşdirilməsi və saxlanması;
  • Şirkət sənədlərinin müvafiq şəxslər tərəfindən düzgün izlənməsinə nəzarət etmək;
  • Sənəd dövriyyəsi və nəzarət mexanizmlərinin tətbiqi;
  • Müqavilələr, təkliflər və digər sənədlərin elektron və fiziki formatda izlənməsi və tərtib olunması.
  • Müqavilələrin tərtibatında müvafiq şöbələrin rəyinin alınması və qanunvericiliyə uyğun qaydada tərtibatı.


Namizədə tələblər:

  • Ali təhsil
  • Sənədləşmə və ya müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Kargüzarlıq qaydaları, sənəd idarəetməsi və müvafiq hüquqi biliklərə sahib olmaq;
  • Müqavilə yazılışı və sənədlərin təhlili bacarığı;
  • Microsoft Office və sənəd idarəetmə proqramlarına (məsələn, 1C, SharePoint və s.) yüksək səviyyədə bələd olmaq;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • İngilis dili arzuolunandır.
  • Dəqiq, məsuliyyətli və detallara diqqətli olmaq;
  • Komandada işləmə bacarığı və yüksək ünsiyyət qabiliyyətləri.



Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Sənədləşmə” qeyd edərək [email protected]   ünvanına göndərmələri xahiş olunur.


Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

SƏTƏM üzrə mütəxəssis

Vakansiya: SƏTƏM üzrə mütəxəssis

İş qrafiki: 6 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: Müsahibə əsasında
İstirahət günü: Həftədə bir gün
Tabe olduğu şəxs: SƏTƏM Şöbəsinin Rəhbəri


Əsas vəzifələr və öhdəliklər:

  1. İş yerlərində əməyin mühafizəsi üzrə qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
  2. Şirkət işçilərinin və podratçıların şirkətin SƏTƏM siyasətindən və qaydalarından xəbərdar edilməsini təmin etmək üçün daxili təlimlər keçirmək;
  3. SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqləri aparmaq və uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq göstərişlər vermək;
  4. Yeni işçilərə giriş təlimatları keçmək, təlimatların qeydiyyatına və düzgün aparılmasına nəzarət etmək;
  5. Təhlükə potensiallı obyektlər (kranlar, liftlər və s.) üzrə normativ sənədlərin işə uyğunluğunu yoxlamaq;
  6. İşə İcazə Sisteminin tərtibatı və nəzarətini həyata keçirmək;
  7. Qulluqçuların və mühəndis-texniki işçilərin təhlükəsizlik biliklərinin yoxlanılması üzrə sənədləşməni aparmaq;
  8. Podratçı və subpodratçılarla bağlı təhlükəsizlik sənədlərinin uyğunluğunu yoxlamaq;
  9. Yanğın təhlükəsizliyi üzrə daxili təlimlərin keçirilməsini təmin etmək və avadanlıqların yoxlanılmasını aparmaq;
  10. İstehsalat zədələnmələrinin qarşısını almaq üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
  11. İşçilərə təqdim olunan fərdi mühafizə vasitələrinin standartlara uyğunluğunu yoxlamaq;
  12. Təhlükəli avadanlıqların istifadəsini nəzarətdə saxlamaq və istismarını dayandırmaq;
  13. Təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıqların lisenziya və sertifikatlaşdırma prosesini təşkil etmək.

Namizədə dair tələblər:

  • Yaş: 25-40
  • Cins: Kişi
  • Təhsil: Natamam ali
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili arzuolunandır.
  • Kompüter bilikləri: MS Ofis proqramları
  • Əlavə bacarıqlar: Analitik düşüncə, operativ qərarvermə, punktuallıq
  • Təcrübə: Minimum 1 il
  • Açıq sahə-çöl şəraitində işləmək bacarığı
  • Yüksək ünsiyyət qabiliyyəti, komanda işində çeviklik
  • Vaxtın idarə edilməsi və konfliktlərin peşəkar həlli
  • Liderlik bacarıqları, detallı və analitik düşüncə

Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏM” qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.

 Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Only CVs filled out in the Melissa Group CV form above will be considered. .

Download your CV