Satış üzrə menecer

İş barədə məlumat

– Yaşayış komplekslərindəki hazır və tikintisi davam edən mənzillərin ofisdaxili satışının həyata keçirilməsi;

– Müştəriyə seçim etməkdə optimal köməkliyin göstərilməsi, mənzillər, onların təmiri, təhvil verilməsi, dövlət rüsumları və s. barədə dolğun məlumatların verilməsi;

– Müştərinin seçimindən asılı olaraq təmirli və ya təmirsiz mənzillərin layihələri, qiymətləri, ödəmə şərtləri (nağd və ya ipoteka) haqqında məlumatların veriməsi;

– Mənzillərin və ya mənzil nümunələrinin layihələrinə canlı baxışın keçirilıməsinin təşkil olunması;

– Mənzilin təmir növlərinin seçilməsində müştəriyə köməklik göstərilməsi;

– interyerin layihəsinin dəyişdirilməsində məsləhətlərin veriməsi, lazım gəldiyi təqdirdə memara yönləndirilməsi;

– Alqı-satqı müqavilələrinin tərtib olunması, 1C proqramına işlənməsi;

– Satışdan sonrakı xidmətlərin həyata keçirilməsi.

Namizədə dair tələblər

– Xanım namizədlərə üstünlük veriləcək;

– Riyazi hesablama bacarıqları və kompüterdən istifadə bacarığının olması (1C, MS Excel, MS Word);

– Azərbaycan və rus dili biliklərini əla səviyyədə bilməli;

– Satışla bağlı azı 3 il təcrübənin olması (mənzil sektorunda təcrübə arzuolunandır)

– Komandada işləmə  qabiliyyəti və satış həyata keçirtmə bacarığı;

– Təqdimat bacarığı və müştəri məmnunluğuna nail olmaq bacarığına malik olması;

– Əməkhaqqı: 600-800 (Satılan hər bir mənzil üçün bonus hesablanacaq)

İş qrafiki: 6 günlük iş həftəsi

Təchizat zəncirinin idarəolunması üzrə menecer

İş barədə məlumat:

  • Satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;
  • İllik satınalma planının hazırlanması;
  • Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
  • Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
  • Gömrük işlərinin rəsmiləşdirilməsi, ixrac sənədlərinin hazırlanması, sertifikatların alınması, ixracatın rəsmiləşdirilməsi;
  • Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika işlərinə nəzarət olunması;
  • Risklərin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
  • Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
  • Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
  • Şirkətin yerli və xarici tədbirlərdə və görüşlərdə təmsil olunması;
  • Təchizatla bağlı xarici şirkətlərlə danışıqların aparılması;
  • Hədəf bazarlarda potensiallı müştərilərin tapılması, danışıqların aparılması, ixrac üçün lazım olan bütün sənədlərin hazırlanması, sərgilərin təşkil olunması və sairə.

Vəzifə ilə bağlı tələblər:

  • Havalandırma, isitmə, soyutma sistemləri (HVAC systems) üzrə iş təcrübəsinin və müvafiq biliklərin olması üstünlükdür;
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurmaq bacarığı olmalı;
  • MS Office (MS Word, MS Excell, MS PowerPoint) və Adobe Photoshop üzrə mükəmməl biliyin olması;
  • Xarici ölkələrə ezamiyyələrə hazır olması;
  • Havalandırma, isitmə, soyutma sistemləri üzrə təchizat zəncirinin idarə edilməsi (satınalma, təchizat, gömrük) və logistika sahəsində biliklərin olması;
  • Müvafiq sahədə azı 3 il iş təcrübəsi olması;
  • Yaş həddi: 25-35.

Əlavə məlumat

  • Əməkhaqqı: 1200 AZN (əlavə bonus və ya mükafatlandırma ola bilər)
  • Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən oluna bilər.

Baş memar

Vəzifə öhdəlikləri:

  • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
  • Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
  • Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi, həllərin tətbiq olunması;
  • İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;
  • İlkin eskiz/cizgini layihə rəhbəri və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
  • Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
  • Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
  • Aylıq smetaların hazırlanması;
  • Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.

Digər məlumat:

  • Altıgünlük iş qrafiki.
  • Əməkhaqqı: 1200-1500 manat

Vəzifəyə dair tələblər:

  • Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi);
  • Müvafiq sahədə 5 ildən çox iş təcrübəsi (yüksək mərtəbəli yaşayış binalarının layihələndirilməsində iş təcrübəsi olanlara üstünlük veriləcək);
  • AutoCAD və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı;
  • Əllə eskizləri çəkmək bacarığı;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
  • Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
  • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

Təcrübə Programı

Proqramın mahiyyəti:
“Melissa Group” sosial yönümlü fəaliyyətinə uyğun olaraq gənclərlə 2017/2018-ci il üçün “Təcrübə proqramı” layihəsini həyata keçirəcəkdir. Mərhələli dəyərləndirmələr nəticəsində seçiləcək tələbələr və məzunlar Şirkətimizdə satış, marketinq və insan resursları sahəsində təcrübə keçəcəklər. Təcrübəni uğurla keçənlər “MelissaGroup”da daimi işlə təmin olunacaqlar.

Proqramın məqsədi: 
Bu layihənin əsas məqsədi ali məktəblərin bakalavr pilləsini bitirmiş və ya magistr pilləsində təhsil alan, təhsil aldığı müddətdə qiymətləri ilə fərqlənən və xüsusi istedadlı tələbələr üçün karyera imkanlarının yaradılmasıdır.

Namizədə olan tələblər: İşgüzar, çalışqan, satış ruhuna malik, ali təhsilli, rus dili (mükəmməl), ingilis dili (yaxşı) bilən, xoş xarici görünüşlü yaşı 20-dən 25-dək olan məzunlar tələb olunur.

Təcrübəçiyə  aylıq yemək və yol pulu xərclərini qarşılayacaq paket veriləcək.

Müraciət etmək və ərizə formunu doldurmaq üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur:

Təcrübə proqramı

Суть программы:

Компания «Melissa Group» будет осуществлять программу «İnternship» на 2017/2018 в соответствии со своей социально-ориентированной деятельностью. Студенты и выпускники, которые будут отобраны поэтапно, будут проходить обучение в нашей Компании в сфере продаж, маркетинга и человеческим ресурсам. Те, кто успешно пройдут стажировку, получат постоянную работу в Melissa Group.

Цель программы:
Основной целью этого проекта является создание возможностей для карьерного роста студентам, окончивших ВУЗ или магистратуру, отличающихся своей ценностью в образовании и специальным талантливым студентами.

Требования: Требуются выпускники, трудолюбивые, высокообразованные, владеющие русским языком (отлично), владеющие английским языком (хорошо) от 20 до 25 лет.
Стажерам будут предоставлены пакет, оплачивающий ежемесячные расходы на питание и за проезд.
Чтобы подать заявку пройдите по следующей ссылке:

Internship Program

Adınız, Soyadınız

Email ünvanınız

İddia etdiyiniz vəzifə

CV formanı əlavə et