Memar

Vəzifə öhdəlikləri:

  • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
  • Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
  • Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;
  • İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;
  • İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
  • Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
  • Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
  • Aylıq smetaların hazırlanması;
  • Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.

Digər məlumat:

  • Altıgünlük iş qrafiki.
  • Əməkhaqqı: 700-1000 manat

Vəzifəyə dair tələblər:

  • Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi);
  • Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
  • AutoCAD və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı;
  • Əllə eskizləri çəkmək bacarığı;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
  • Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
  • müstəqil və ya komanda daxilində işləmək bacarığı;
  • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

Korporativ satış meneceri

Melissa Group “Korporativ satış meneceri” üzrə vakansiya elan edir.

İş barədə:

  • Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
  • Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
  • İşgüzar və korporativ danışıqların aparılması;
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Satışın yüksək səviyyədə həyata keçirilməsi;
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Korporativ satış planının yerinə yetirilməsi.
  • İş qrafiki: I-VI  günlər (tam iş günü)

Əməkhaqqı:   1000-1500 AZN

Namizədə dair tələblər

  • Ali təhsil (Satış və marketinq sahəsində)
  • İş təcrübəsi: Rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi və korporativ satış sahəsində 3 illik iş təcrübəsinin olması, tikinti sektorunda təcrübəsi olması üstünlük hesab ediləcək.
  • Yaş həddi – 25-35
  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli
  • Ms. Office proqramlarını yüksək səviyyədə bilməlidir.
  • idarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik olmalıdır,
  • Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli;
  • Müştəriyönümlü satış  etmək bacarığının olmalı;
  • Liderlik keyfiyyətlərinə malik olmalı;
  • Korporativ idarəetmənin prinsiplərini bilməlidir.

Call center operatoru

Vəzifə təlimatları:

  • Çağrı mərkəzinə (Call center) daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
  • Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;
  • Telefon zənglərinin şöbələrə və aidiyyati şəxslərə yönəldirilməsi.

 

Vəzifə ilə bağlı tələblər:

  • Azərbaycan və rus dillərində mükəmməl səviyyədə bilməli;
  • Nitqi aydın və səlis olmalı;
  • Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti olmalı;
  • Səbrli və məsuliyyətli olmalı;
  • Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
  • Yaş həddi: 19-26.

 

Əlavə məlumat

  • İş qrafiki: 6 günlük iş rejimi, saat 09:00-dan 18:00-dək (ayda bir həftə saat 13:00-dan 21:00-dək)
  • Əməkhaqqı: 300 AZN

Melissa Group – Təcrübə Programı

Proqramın mahiyyəti:
“Melissa Group” sosial yönümlü fəaliyyətinə uyğun olaraq gənclərlə 2017/2018-ci il üçün “Təcrübə proqramı” layihəsini həyata keçirəcəkdir. Mərhələli dəyərləndirmələr nəticəsində seçiləcək tələbələr və məzunlar Şirkətimizdə satış, marketinq və insan resursları sahəsində təcrübə keçəcəklər. Təcrübəni uğurla keçənlər “MelissaGroup”da daimi işlə təmin olunacaqlar.

Proqramın məqsədi: 
Bu layihənin əsas məqsədi ali məktəblərin bakalavr pilləsini bitirmiş və ya magistr pilləsində təhsil alan, təhsil aldığı müddətdə qiymətləri ilə fərqlənən və xüsusi istedadlı tələbələr üçün karyera imkanlarının yaradılmasıdır.

Namizədə olan tələblər: İşgüzar, çalışqan, satış ruhuna malik, ali təhsilli, rus dili (mükəmməl), ingilis dili (yaxşı) bilən, xoş xarici görünüşlü yaşı 20-dən 25-dək olan məzunlar tələb olunur.

Təcrübəçiyə  aylıq yemək və yol pulu xərclərini qarşılayacaq paket veriləcək.

Müraciət etmək və ərizə formunu doldurmaq üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur:

Təcrübə proqramı

Mühasib vakansiyası

Vəzifə təlimatları:

  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
  • Təhtəlhesab, balans, avans hesabatının aparılması;
  • Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
  • Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması;

Vəzifə ilə bağlı tələblər:

  • Ali təhsil (mühasibat uçotu, maliyyə);
  • Vergi Məcəlləsini bilməli;
  • 1C 8.2, BTP proqramları ilə sərbəst işləmək bacarığı;
  • Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (İngilis və rus dillərini bilənlərə üstünlük verilir).

İş günləri : həftədə 6 gün.

Əməkhaqqı: 1000 – 1200 AZN

CV-lərinizi “mühasib” başlığı ilə göndərməyiniz xahiş olunur

Satış üzrə menecer

“Melissa Group”a aid olan və “Mitsubishi Electric Europe B.V.” şirkətinin Azərbaycanda rəsmi distribyutoru “NewCond” şirkəti 1995-ci ildən etibarən havalandırma, ventilyasiya və istilik sistemlərinin Azərbaycana gətirilməsi və satışının həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. “NewCond” eyni zamanda dünyaca məşhur “Vaillant”, “Kermi”, “Beretta”, “Gruppo Ragaini” şirkətləri ilə əməkdaşlıq edir.

NewCond” şirkəti “satış üzrə menecer” vakansiyası elan edir.

İş barədə məlumat

– Məişət, yarımsənaye kondisionerləri, havalandırma sistemləri, kombi isitmə sistemləri mağazasında satışın həyata keçirilməsi;

– Müştəriyə seçim etməkdə optimal kömək göstərilməsi, mallar və çeşidlər barədə dolğun məlumatın verilməsi;

– 1C proqramında malların seçilməsi, sifarişlərin və qaimələrin tərtib edilməsi.

Namizədə dair tələblər

– Kompyuterdən istifadə bacarığı (MS Excel, MS Word);

– Azərbaycan və rus dili biliklərini əla səviyyədə bilməli;

– İsitmə, soyutma və havalandırma sistemləri ilə bağlı iş təcrübəsinin və texniki biliklərin olması;

– müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

– Komandada işləmə  qabiliyyəti və satış həyata keçirtmə bacarığı;

– Malları təqdim etmək, müştəri məmnunluğuna nail olmaq bacarığı;

– İşləmək və qazanmaq istəyi, özünə qarşı tələbkarlıq.
-Əməkhaqqı: 600 (Əməkhaqqı müsahibənin nəticəsinə görə təyin edilə bilər)

-İşqrafiki: 6 günlük iş həftəsi
-İş saatı: 10.00-19.00

– Pərakəndə satılan hər bir mal üçün bonus hesablanır.

CV-lərinizi sağ sütüna əlavə edib, “satış üzrə menecer” başlığı ilə göndərməyiniz xahiş olunur.

Adınız, Soyadınız

Email ünvanınız

İddia etdiyiniz vəzifə

CV formanı əlavə et