Podratçını necə seçməli?

Mənzil təmiri olduqca yorucu porsessdir. Öncədən sifariş etdiyimiz dizayna əsasən mənzili təmir edəcək podratçı axtarışına keçməliyik. Bu mərhələyə keçmədən öncə nələrə diqqət etməliyik ki, artıq xərcimiz çıxmasın?  Təmirin arzulandığı kimi keyfiyyətli və yaxşı alınması üçün nələrə diqqət etməli? Bu suallara aydınlıq gətirib, sizə öz tövsiyələrimizi verməyə çalışacayıq.

Təcrübə

Podratçı seçimində ilk diqqət edəcəyimiz məqam əlbəttə ki, şirkətin təcrübəsidir. Təmir işi ciddi olduğu üçün onu təcrübəsiz şirkətlərə etibar etməklə, özünüzə maddi və mənəvi ziyan vura bilərsiniz. Seçimdən öncə növbəti suallara aydınlıq gətirməyə çalışın.

  • Şirkət neçə ildir fəaliyyət göstərir? Uzun müddət fəaliyyət göstərən şirkətlər aydın məsələdir ki, böyük təcrübəyə malikdirlər. Bəzən yeni qurulmuş keyfiyyətli podratçı şirkətlər də ola bilər. Təcrübəsiz olmaqlarına baxmayaraq, ilk işlərinin yaxşı alınması üçün mümkün qədər çalışıb, müsbət rəylər topmaq üçün əllərindən gələni edəcəklərindən əmin ola bilərsiniz.
  • Yeni texnologiyaların tətbiqi varmı? Texnologiyanın inkişafı sayəsində təmir xərcləri kifayət qədər azalıb. Bu texnologiyaları tətbiq edən şirkətlərdə sizi əlavə xərcə salmayıb, təmir maliyyətinizi şişirtməyəcək.
  • Hansı layihələr həyata keçirib, müştərilərin rəyləri necədir? Bu şirkətlə daha öncə çalışmış müştərilərin mənzillərinə baxış keçirib, mənzil sahibləri ilə müzakirələr apara bilərsiniz. Əmin olun ki, narazı müştəri bunu sizdən gizlətməyib, narazı olduğu məqamları bildirəcəkdir. Sonda isə bu narazıçılıqların sizin üçün nə dərəcədə vacib amil olduğunu özünüz dəyərləndirərsiniz.

Zaman

“Hər bir işin öz zamanı var” sözlərini çox eşitmişik. Podratçı seçiminin də öz zamanı var. Belə ki, inşaat və təmirin gur olduğu aylarda podratçı seçimi də çətinləşir. Əksər yaxşı podratçılar bir neçə ay öncədən müqavilə bağladıqları üçün, yay aylarında sizin layihənizi həyata keçirəcək podratçıların vaxtları demək olar ki, olmayacaq. Buna görə də tövsiyəmiz podratçılarla müqaviləni işlərin seyrək vaxtlarında imzalamağınızdır.

Qiymət

Seçimə təsir edəcək ən önəmli faktorun qiymət olacağını qeyd etsək yanılmarıq. Hər kəsə aydındır ki, inşaat mallarının əksəriyyəti xaricdən idxal olur. Buna görə də məzənnədən asılı olaraq, qiymətlərin dinamik olması adi haldır. Bu bölümdə məsləhətimiz öncədən bağlayacağınız müqavilədə maliyyə bəndlərini aydın şəkildə qeyd edin. Belə olduğu halda məzənnənin dəyişməsinin təmirinizə heç bir aidiyyatı olmayacaq.

Qiymət artımına səbəb digər faktor isə subpodratçıların olmasıdır. Tanınmış podratçı ilə müqavilə bağlayırsınız. Onlar da öz növbəsində digər şirkətlə müqavilə bağlayırlar. Bu da ümumi məbləğin şişməsi ilə nəticələnir.

Keyfiyyət

Keyfiyyətli təmir, böyük büdcə tələb edir. Lakin, bəzən keyfiyyət və kəmiyyətin düz mütənasib olduğunu düşünənlər yanıla bilir. Materialın bahalı olması, hər zaman ən keyfiyyətli olması demək deyil. Keyfiyyətli məhsulu uyğun qiymətə də təmin edə bilərsiniz. Bir çox podratçılar inşaat məhsullarını topdan aldıqları üçün, müştəriyə də ucuz təklif edirlər. Burda diqqət ediləcək ən əsas məqam, keyfiyyətin qiymətə uyğun olmasını tələb etməkdir.

Təmirin keyfiyyətinə mütləq zəmanət tələb edin. İstifadə olunan materialların qısa müddətdən sonra sıradan çıxmasına cavabdehliyi kim daşıyacaq sualına aydınlıq gətirin.

Sonda isə Melissa Group olaraq, müştərilərimizə hazır təmirli və təmirsiz mənzil təklif etdiyimizi qeyd etmək istəyirik. Təmirli mənzillərdə istifadə olunan materiallar Avropa istehsalı olan qabaqcıl şirkətlərin materiallarıdır. Mənzil sahibi olmadan öncə nümunəvi otaqla tanış olub, təmir keyfiyyətinin şahidi ola bilərsiniz.

Şirkətin təklif etdiyi yaşayış komplekslərində çıxarışlı (kupça) hazır və tikilməkdə olan mənzilləri nağd və uzunmüddətli kreditlə əldə edə bilərsiniz. Satış ofisləri həftənin bütün günləri 09.00-19.00 arası fəaliyyət göstərir.

Mənzil almadan öncə mütləq bizim satış salonuna baş çəkin. Şərtlərimiz və mənzillərin keyfiyyəti sizi sevindirəcək.

Şərh yaz