Mənzil alarkən ən çox nəyə fikir verməliyik?

https://melissapark.az/storage/app/media/yeni-menzil_20210909182156.jpg

Ev sahibi olmaq hər birimizin arzusudur və gələcəkdə həyatımızın hədəfinə çevrilir. Lakin, bu hədəfə çatmaq bəzən o qədər də asan olmur. Ev almaq məqamı çatanda biz bir çox suallarla üzləşirik: evin qiyməti, sahəsi, şəraiti, yerləşdiyi ərazi və s.

Əsas məqamlardan biri evin yerləşdiyi ərazidir ki, yaşadığımız ərazidə hər cür infrastruktur obyektlərinin olması vacibdir.

Statistik məlumatlara görə insan ömrünün 4il 3 ayını nəqliyyata sərf edir, 3-6 ay isə tıxaclarda dayanamaq məcburiyyətində olur.

Elə buna görə də yaşadığımız mənzil elə bir ərazidə yerləşməlidir ki, onun əsas yola və ya bir neçə yola çıxışı olsun. Bina əsas yoldan kənar olduqda nəqliyyat problemi yaranır, bu da uzun məsafəni qət etməkdə çətinliklər yaradır. Bina ictimayi nəqliyyat stansiya və dayanacaqlarına yaxın olmalıdır.

Yeni ailə quranlar daha çox müəyyən mərkəzlərə yaxın ev almaq istəyirlər: alış-veriş, restoran, parklar və s.
Ailəli və uşaqlı ailələr üçün vacib məqamlardan biri evin yaxınlığında uşaq bağçasının, məktəbin olmasıdır ki, uşaqların bağçaya və ya məktəbə gedib gəlməsi narahatçılıq yaratmasın və körpələr vaxtının böyük hissəsini yollarda, tıxaclarda keçirməsin.

Bütün bu məqamları nəzərə alaraq “Melissa Group” tikinti şirkəti şəhərimizin əsas infrastruktur qovşaqlarının yerləşdiyi, 20 yanvar metro stansiyasının yaxınlığında, Həsən bəy Zərdabi prospektində yerləşən Melissa Park yaşayış kompleksini inşa edir. Melissa Park yaşayış kompleksi şəhərin ən əsas yolları ilə əhatə olunur, Tbilisi prospekti, Zərdabi küçəsi və Salamzadə istiqamətindən giriş-çıxışlar mövcuddur. Kompleksdən 20 yanvar metro stansiyasına 10 dəqiqəyə piyada çatmaq olar.

Melissa Park yaşayış kompleksi kommunal xidmətlərlə təchiz olunmuş 1,2,3 otaqlı, tam təmirli mənzillərin satışını təşkil edir. Mənzillərin sahəsi 25-95 kv.m arası dəyişir. Mənzillərin 1 m² qiyməti mərtəbə, binanın hazırlıq vəziyətindən və layihədən aslı olaraq 1071 AZN-dən başlayır.