Melissa Park yaşayış kompleksinin növbəti: 6-cı binasının sakinlərinə çıxarış təqdim olundu!

https://melissapark.az/storage/app/media/cropped-images/sddefault-1_20210911203655-0-59-640-359-1643003200.jpg

Melissa Group tikinti şirkəti ən böyük layihəsi olan 22 binadan ibarət Melissa Park Yaşayış kompleksinin 6-cı binasının çıxarış və texniki pasportunu sakinlərə təqdim edib.

30 mart tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Melissa Group tikinti şirkətinin əməkdaşları tərəfindən Melissa Park yaşayış kompleksinin həyətində sakinlərlərə çıxarış və texniki pasport təqdim edilib. 6 binası hazır olan artıq 2000 sakinin yaşadığı və mərhələli şəkildə mənzil sahiblərinə təhvil verilən Melissa Park yaşayış kompleksinin ilk binasını tam təmirli şəkildə təhvili 2016-cı ilin iyul ayında olmuşdu.