İnteryer dizaynın 12 dəbi

Dizayn hər il yenilənən, yeni və dəbli tendensiyalar yaranan fəal və sürətlə inkişaf edən sahələrdən biridir.

Aparılan araşdırmalara əsasən, interyer dizaynın 12 dəbini nəzərinizə çatdırırıq:

Retro

Müasir interyerın dəbdəbəli və rahat olmağına baxmayaraq, çox zaman bu mənzillərdə köhnə ev hissi və yaşlı valideynlərin yaratdıqları istilik çatışmır. Retro üslubunu yaratmaq üçün bu mövsümün ən məşhur detalları sizə kömək edəcək. Süni yaşlı və ya antik mebeldən və rəngarəng tekstildən istifadə edərək mənzili asanlıqla rahat ailə yuvasına çevirmək mümkün olacaq.

Fitodivar

Hər hansısa bir otağa canlılıq və zənginlik hissi əlavə etmək üçün fitodivardan istifadə səmərəli və ən sadə yoludur.

Rəngli tavan

Dizaynerlər bu mövsüm rəngli tavanlardan istifadə etməyə təklif edirlər. Tavanda əks olunan parlaq şəkil, rəngarəng divar kağızı və ya hər hansısa bir naxışlar bir otaqlı mənzillərə cazibəlilik qatır.

Şəkilli divar kağızı

Yeni olmasa da, lakin hələ də interyer dizaynın müvafiq trendi sayılır. Sonsuz kosmik illüziya yaradan divar rəsmləri perspektivi ilə kiçik mənzil sahibləri üçün xüsusilə vacibdir.

Heyvani motivlər

Son zamanlar dizaynerlər təbiətin möhtəşəmliyindən ilham alaraq alışılmış təmir üslublarının sərhədlərini genişləndirirlər. Divarlarda əks olunmuş heyvanlar, kiçik rəsmlər və heyvan izləri, evə orijinallıq və ekzotik effekt verir.

Metalik parıltı

Mis, latun və qızıl – bu ilin ən dəbli materialları sayılırlar. Bu materiallar bəzək və ya aksesuar kimi istifadə edilə bilərlər. Divarlarda qara və qızılı rənglərin birləşməsi, mətbəxdə mis rəngli işıqlar, vaza, latun heykəlciklər, və mis rəngli otaq – şık interyer yaratmaq üçün mükəmməl fikirdir.

Eko-stil

Artıq bir neçə ildir ki, eko-stil interyer dizayn sahəsində populyarlıq zirvəsindədir. Təbii ağacdan hazırlanmış mebel, divar hörgüləri – bütün bunlar unikal və cəlbedici interyer yaradır.

Qlamur tərz

İnteryer dizaynın əsas istiqamətlərindən biridir. Bu tərz eksklüziv mebel, şık dekor maddələr, qiymətli tekstil və digər lüks mallardan ibarətdir. Bir çox insanların düşüncəsinə görə, qlamur tərz ağ-qara və ya çəhrayı rənglərdən, strazlardan, lələklərdən və digər fantastik atributlardan ibarətdir. Amma əslində, bu tərz zərifliyi və incəliyi özündə əks edir.

Pastel çalarları

Parlaq, dəbdəbəli aksentdən bu mövsüm dizaynerlər pastel rənglərə üstünlük veriblər. Bu çalarlar psixologiyaya müsbət təsir edir və rahat atmosfer yaratmaq üçün kömək edir. Akvarel rəsmi ilə bəzədilmiş pastel çalarlarında olan divarlar maraqlı və möhtəşəm görüntü yaradır.

Həndəsə

Təmirə başlayan hər kəs üçün dizaynerlər həndəsi naxışlardan istifadə etməyi tövsiyə edir. Ancaq bayağı şəkillərdən istifadə etməkdənsə, xüsusi kafel, iti kənarları ilə asimmetrik mebel, xalça üzərində şəkillər və orijinal dekorasiyadan istifadə daha məqsədə uyğun olar. Qeyd etdiyimiz üsullar, otağa həyat və dinamika əlavə edəcək.

Təbii daş

İnteryer dizaynın bir başqa məşhur trendi sayılır. Təbii daş ilə bəzədilmiş masaüstülər, tyülpanlar və divarlar həqiqətən dəbdəbəli və şık görünür.

Bitkilər

Ekologiya bu ilin ən dəbli trendi sayılır. Məşhur dizaynerlər interyerdə bitkilərdən fəal istifadə edirlər. Bundan əlavə bitkilərdən istifadə interyeri təravətləndirmək və xüsusilə meqapolislərdə yaşayan sakinlər üçün daha çox oksigen əlavə etmək üçündür.

Şərh yaz