Yeni mənzilə köçənlər üçün bir neçə sadə məsləhət

Həyatımızda bir dəfə də olsun yaşadığımız mənzili, ofisi və ya kirayə oturduğumuz mənzili dəyişmək məcburiyyətində qalmışıq. Bir çoxları üçün qeyd edilən proses atəşdən betərdir. Həyatınızı qutulardan ibarət xaosa çevirmək artıq dəbdə deyil. Bir neçə sadə qaydalara əməl edərək, həm vaxtınıza qənaət edə biləcəksiniz həmdə əsəblərinizi qoruyacaqsınız.

Hazırlığa öncədən başlayin

Heç bir şey unutmamaq üçün və gediş günü təşviş yaratmamaq üçün, ən azı bir həftə öncədən qablaşdırma işlərinə başlamağa çalışın. Az istifadə olunan əşyalardan başlamanız tövsiyə olunur.

Bütün lazımsız əşyaları atın

Yeni mənzilinizdə köhnə və yararsız əşyaları saxlamağa ehtiyac yoxdur. Köhnə və istifadə etmədiyiniz əşyalar ilə sağollaşsanız, köçmə prosesinin nə qədər sürətli və rahat olduğunu özünüz hiss edəcəksiniz.

Sənədlərə diqqət edin

Bütün lazımı sənədləri yiğıb bir kənara qoyun. Getməzdən əvvəl, heç nə unutmadığınızdan əmin olun və lazımı sənədləri yeni yaşayiş yerinizə özünüz aparın.

Xüsusi qablaşdırılma materialları alın

Əşyalarınızı nəqliyyat zamanı zərərdən qorumaq üçün minimum lazim olan əşyalar-qutular, karton, lent, ip, çuval, kağız və parça və s.

Qutuların üstünü yazın

Qutuların məzmunu haqqında qısa yazı yazın ki, lazımi əşyanın axtarışı üçün çoxlu vaxt sərf etməyəsiniz. Yazı hamı üçün aydın olmalıdır.

Daşıyıcı xidmətlərindən istifadə edin

Dostların köməyi əlbəttə ki yaxşıdır, lakin bu geniş miqyaslı hərəkət olduqda onların sağlamlığına və öz əsəblərinizə qayğı göstərmək əhəmiyyət kəsb edir. Hər yerə sizin lazımi məhsulları tez və peşəkar çatdırmaq üçün daşıyıcıların xidmətlərindən istifadə edə bilərsiniz.