Sizin və övladlarınızın rahatlığı üçün Melissa Parkı seçin!

https://melissapark.az/storage/app/media/usaqlar_20210909180649.jpg

KOMPLEKSDƏ İSTİRAHƏT PARKI, İDMAN MEYDANÇALARI…

Artıq 2000-ci ildən etibarən inşaat sektorunda inamlı addımlarla irəliləyirik. Gördüyümüz işlər şirkətimizin ən böyük göstəricisidir. Şəhərin mərkəzi küçələrində sağlam təməlli, müasir görünüşlü möhtəşəm binaların inşası ilə daima diqqət mərkəzində olmuşuq. Sizlər üçün xəyallarınızda canlandırdığınız möhtəşəm məkanları təqdim edirik. Tərəfimizdən 20 yanvar metrosu yaxınlığında döşəməsi parketli olmaqla tam təmirli, yüksək keyfiyyətli, hər binasında 256 ailənin məskunlaşacağı 12-16 mərtəbəli müasir tələblərə cavab verən mənzillər inşa edilir.

Ünvan: 20 yanvar metro stansiyasının yaxınlığı, Həsən bəy Zərdabi prospekti 3166-cı məhəllə

10 ildən çox olan təcrübəmizin bəhrəsi olan Melissa Park yaşayış kompleksi bütün istəklərinizə cavab verəcək tərzdə dizayn edilmişdir. Peşəkar heyət tərəfindən sizlər üçün inşa edilən mənzillərimizdə rahatlığınız üçün bütün şərtlər tam şəkildə diqqətə alınmışdır.

MELİSSA PARK -KEYFİYYƏTƏ ÜSTÜNLÜK VERƏNLƏRİN SEÇİMİ!

Melissa park yaşayış kompleksində rahatlığınız üçün geniş imkanlar yaradılmışdır. Geniş və ekoloji cəhətdən təmiz həyəti asudə vaxtlarınızı dəyərləndirməyiniz üçün əvəzedilməzdir.

Binalarımız daimi su, işıq və qaz sistemləri ilə təchiz edilmişdir. Almaniya istehsalı olan sərnişin və yük liftləri, plastik qapı və pəncərə sistemləri və seyf qapıları yüksək standartlara cavab verəcək keyfiyyətdədir. Binaların altında sakinlər üçün nəzərdə tutulmuş avtomobil dayanacaqları fəaliyyət göstərəcəkdir. Həyətdə idman meydançası, tennis və minifutbol meydançaları xidmətinizə veriləcəkdir. Uşaq bağçaları və özəl məktəbdə sizin və övladlarınızın rahatlığı üçün bütün imkanlar yaradılacaqdır. İstirahət parkı və uşaqlarınızın dincəlib əyləncəli zaman keçirə biləcəyi uşaq atraksionları daima xidmətinizdə olacaqdır. Sizə özünüzü güvəndə hiss etdirəcək peşəkar mühafizə sistemi 24 saat fəaliyyət göstərəcəkdir.

  • 1 otaqlı mənzillər 41.6 kv.m -54 kv.m
  • 54 kv.m olan mənzillər 2 otaqlı studio formasındadır
  • 2 otaqlı mənzillər 68.2 kv.m – 69. 7 kv.m
  • 3 otaqlı mənzillər 92.9 kv.m

20 illik sərfəli kredit şərtləri ilə, 10% ilkin ödənişlə tam təmirli mənzillərdə yaşaya bilərsiniz.