Həyatı evimizə sığdıraq

https://melissapark.az/storage/app/media/H%C9%99yat%C4%B1%20evimiz%C9%99%20s%C4%B1%C4%9Fd%C4%B1raq_20220124093145.png

Koronavirus yoluxmalarının artması özü ilə sosial həyat məhdudiyyətlərini gətirdi. Bu müddət ərzində evdə qalmaq və zəruri olmadan çölə çıxmamağın əhəmiyyəti həqiqətən böyükdür. Karantinin nə vaxt bitəcəyini bilmirik, amma bu günləri xoş və səmərəli keçirə bilərik.

Uşaqlar həyatı valideynlərindən və ətrafdakı yetkinlərdən öyrənən kiçik şəxsiyyətlərdir. Valideynlər onlar üçün ən etibarlı mənbə, etdikləri hər davranış şübhəsiz doğru və hiss etdikləri hər duyğu şübhəsiz doğrudur. Bu müddət ərzində uşaqlar həmişəkindən daha uzun müddət evdə və ailələrilə birlikdə olurlar. Bu prosesi nəzarətli, xoş və səmərəli etmək çox dəyərlidir.

Karantin müddətində evdə ailənizlə nə etmək olar?

Heç vaxt itirmədən bir yol xəritəsi çəkməlisiniz. Gündəlik / həftəlik cədvəl hazırlamaq, nə edəcəyinizi planlaşdırmaq həm sizin, həm də uşağınız üçün yaxşı olacaq ilk addımdır. Bu addımın başqa bir tədrisi daha var ki, o da vaxt idarəsini uşağınıza ən qalıcı təlim üsulu ilə, yaşayaraq öyrətmiş olacaqsınız. Valideynlər olaraq, özünüzlə başbaşa qala, gündəlik işinizdə unutduğunuz, təxirə saldığınız, edə bilmədiyiniz və ya bir səbəblə laqeyd qaldığınız şeyləri sıralaya bilərsiniz; özünüz, eviniz, ailəniz, uşağınız, yaxınlarınız üçün. Siyahınızda yazdığınız hər şeyi günlərə bölün və mümkün qədər tez bunu etməyə başlayın. Etdiyiniz hər şeyi siyahıdan zövqlə silməyi unutmayın.

  • Hobbi seçin: Ailənin hər bir fərdi özünə öyrənmək istədiyi bir mövzu və ya öyrənmək istədikləri bir hobbi seçsinlər. Yeni bir dillə tanış ola və yeni bir alət çalmağı öyrənə bilərsiniz. Rəssamlıq, mandala, origami, amiqurumi, xəttatlıq və filoqrafiya kimi əl bacarıqlarından istifadə edə biləcəyiniz bir sahəni müəyyənləşdirə və onlayn olaraq istədiyiniz bir təhsil ala bilərsiniz. Əminəm ki, fikirləşdikcə “kaşki edə bilsəm, vaxtım olsa da öyrənsəm”  dediyiniz bir çox şeyi kəşf edəcəksiniz.
  • Onlayn fəaliyyətləri izləyin: Bir çox muzey, orkestr tamaşası və mədəniyyət-incəsənət tədbirləri internetdə işlərini davam etdirir. Bu fəaliyyətləri veb saytında və ya sosial mediada izləməklə xəbərdar ola bilərsiniz. Hər gün üçün bir fəaliyyət müəyyən edə bilərsiniz. Ailənizlə birlikdə belə fəaliyyətlərdən birinə qoşulun və izlədikdən sonra söhbət edin, fikirlərinizi bir-birinizlə bölüşün.
  • Evdə idman vaxtı: İdman həyatınızın mərkəzində və ya vaxt ayıra bilmədiyiniz, təxirə saldığınız bir aktivlik idi. Məşqləri evinizə gətirmək üçün yaxşı fürsətdir. İnternetdə bir çox mütəxəssisin videolarını izləyə və fiziki hazırlığınıza düzgün şəkildə tətbiq edə bilərsiniz.
  • Kitab oxumaq vaxtı: Kitab oxumaq valideynlərin övladları üçün zəruri hesab etdiyi bir vərdişdir, lakin özləri üçün çox vaxt laqeyd yanaşdıqları vərdişdir. Evdə vaxt keçirməyimiz lazım olduğu bu günlərdə, ailənin müəyyənləşdirəcəyi ortaq bir vaxtdı, kitab oxuma saatı etmək əla bir başlanğıcdır. Etməniz lazım olan, oxumaqdan zövq alacağınız bir kitabı rəfdən çəkib götürməkdir. Bu dəfə uşağınız “Gəlin, kitab oxuyun!” cümləsini yox,  “Gəlin, birlikdə kitab oxuyaq!” Cümləsini eşidir. Bu fəaliyyət zərurət olmasın, ailənizlə birlikdə etdiyiniz xoş bir vərdişə çevrilsin.
  • Oyuncaqları təşkil edin: Hazır evdə ikən, uşaqların sayı bəlli olmayan oyuncaq yığınlarını azaltmaq və tənzimləmək üçün vaxtınız var. Fikirlərini nəzərə alaraq, qərarlarına hörmət edərək, düzgün istiqamətlər göstərərək oyuncaqlarını və sonra otağını ehtiyaclarına və zövqünə uyğun təşkil etmək yaxşı olardı. ‘çox oyuncaq, az yaradıcılıq’ deməkdir, tənzimləmə uşağınızın ağlına yeni yaradıcı fikirlər gətirə bilər.
  • Uşaqlara məsuliyyət verin:  Uşaqlara ev daxili məsuliyyət verin. Məsuliyyət şüurunu əldə etmək prosesi evdən başlayır. Tədqiqatlardan bilirik ki, ailədə bu nailiyyəti əldə edən uşaqlar gələcəkdə təhsildə və peşə həyatlarında daha şüurlu və məsuliyyətli davranan şəxslərdir. 2-3 yaşlı uşaqlar üçün oyuncaqlar toplamaq, 4-5 yaşlı uşaqlar üçün masanın qurulmasına kömək etmək, 6-7 yaşlı uşaqlar üçün yatağını toplamaq, təmizlik etmək, bitkiləri sulamaq, 8-9 yaşlı uşaqlar üçün yemək hazırlamağa kömək etmək veriləcək vəzifələr ola bilər.

Yaşadığımız ağır günlər təbii ki müvəqqətidir. Ehtiyat tədbirlərimizi görək, evdə qalmağa davam edək, həyatı evimizə sığdıraq. Nə edə biləcəyimizi planlaşdıraq və həyata keçirməyə başlayaq. Həm bədənimizə, həm də ağlımıza diqqət edək. Ümidimizi itirməyək. Evimizi xoşbəxtlik üçbucağına çevirək.