Podratçını necə seçməli?

Mənzil təmiri olduqca yorucu porsessdir. Öncədən sifariş etdiyimiz dizayna əsasən mənzili təmir edəcək podratçı axtarışına keçməliyik. Bu mərhələyə keçmədən öncə nələrə diqqət etməliyik ki, artıq xərcimiz çıxmasın?  Təmirin arzulandığı kimi keyfiyyətli və yaxşı alınması üçün nələrə diqqət etməli? Bu suallara aydınlıq gətirib, sizə öz tövsiyələrimizi verməyə çalışacayıq.

Təcrübə

Podratçı seçimində ilk diqqət edəcəyimiz məqam əlbəttə ki, şirkətin təcrübəsidir. Təmir işi ciddi olduğu üçün onu təcrübəsiz şirkətlərə etibar etməklə, özünüzə maddi və mənəvi ziyan vura bilərsiniz. Seçimdən öncə növbəti suallara aydınlıq gətirməyə çalışın.

  • Şirkət neçə ildir fəaliyyət göstərir? Uzun müddət fəaliyyət göstərən şirkətlər aydın məsələdir ki, böyük təcrübəyə malikdirlər. Bəzən yeni qurulmuş keyfiyyətli podratçı şirkətlər də ola bilər. Təcrübəsiz olmaqlarına baxmayaraq, ilk işlərinin yaxşı alınması üçün mümkün qədər çalışıb, müsbət rəylər topmaq üçün əllərindən gələni edəcəklərindən əmin ola bilərsiniz.
  • Yeni texnologiyaların tətbiqi varmı? Texnologiyanın inkişafı sayəsində təmir xərcləri kifayət qədər azalıb. Bu texnologiyaları tətbiq edən şirkətlərdə sizi əlavə xərcə salmayıb, təmir maliyyətinizi şişirtməyəcək.
  • Hansı layihələr həyata keçirib, müştərilərin rəyləri necədir? Bu şirkətlə daha öncə çalışmış müştərilərin mənzillərinə baxış keçirib, mənzil sahibləri ilə müzakirələr apara bilərsiniz. Əmin olun ki, narazı müştəri bunu sizdən gizlətməyib, narazı olduğu məqamları bildirəcəkdir. Sonda isə bu narazıçılıqların sizin üçün nə dərəcədə vacib amil olduğunu özünüz dəyərləndirərsiniz.

Zaman

“Hər bir işin öz zamanı var” sözlərini çox eşitmişik. Podratçı seçiminin də öz zamanı var. Belə ki, inşaat və təmirin gur olduğu aylarda podratçı seçimi də çətinləşir. Əksər yaxşı podratçılar bir neçə ay öncədən müqavilə bağladıqları üçün, yay aylarında sizin layihənizi həyata keçirəcək podratçıların vaxtları demək olar ki, olmayacaq. Buna görə də tövsiyəmiz podratçılarla müqaviləni işlərin seyrək vaxtlarında imzalamağınızdır.

Qiymət

Seçimə təsir edəcək ən önəmli faktorun qiymət olacağını qeyd etsək yanılmarıq. Hər kəsə aydındır ki, inşaat mallarının əksəriyyəti xaricdən idxal olur. Buna görə də məzənnədən asılı olaraq, qiymətlərin dinamik olması adi haldır. Bu bölümdə məsləhətimiz öncədən bağlayacağınız müqavilədə maliyyə bəndlərini aydın şəkildə qeyd edin. Belə olduğu halda məzənnənin dəyişməsinin təmirinizə heç bir aidiyyatı olmayacaq.

Qiymət artımına səbəb digər faktor isə subpodratçıların olmasıdır. Tanınmış podratçı ilə müqavilə bağlayırsınız. Onlar da öz növbəsində digər şirkətlə müqavilə bağlayırlar. Bu da ümumi məbləğin şişməsi ilə nəticələnir.

Keyfiyyət

Keyfiyyətli təmir, böyük büdcə tələb edir. Lakin, bəzən keyfiyyət və kəmiyyətin düz mütənasib olduğunu düşünənlər yanıla bilir. Materialın bahalı olması, hər zaman ən keyfiyyətli olması demək deyil. Keyfiyyətli məhsulu uyğun qiymətə də təmin edə bilərsiniz. Bir çox podratçılar inşaat məhsullarını topdan aldıqları üçün, müştəriyə də ucuz təklif edirlər. Burda diqqət ediləcək ən əsas məqam, keyfiyyətin qiymətə uyğun olmasını tələb etməkdir.

Təmirin keyfiyyətinə mütləq zəmanət tələb edin. İstifadə olunan materialların qısa müddətdən sonra sıradan çıxmasına cavabdehliyi kim daşıyacaq sualına aydınlıq gətirin.

Sonda isə Melissa Group olaraq, müştərilərimizə hazır təmirli və təmirsiz mənzil təklif etdiyimizi qeyd etmək istəyirik. Təmirli mənzillərdə istifadə olunan materiallar Avropa istehsalı olan qabaqcıl şirkətlərin materiallarıdır. Mənzil sahibi olmadan öncə nümunəvi otaqla tanış olub, təmir keyfiyyətinin şahidi ola bilərsiniz.

Şirkətin təklif etdiyi yaşayış komplekslərində çıxarışlı (kupça) hazır və tikilməkdə olan mənzilləri nağd və uzunmüddətli kreditlə əldə edə bilərsiniz. Satış ofisləri həftənin bütün günləri 09.00-19.00 arası fəaliyyət göstərir.

Mənzil almadan öncə mütləq bizim satış salonuna baş çəkin. Şərtlərimiz və mənzillərin keyfiyyəti sizi sevindirəcək.

Tikinti materiallarını nə zaman daha ucuz almaq olar?

Mənzil təmirinə nədən başlamalı? mənzil təmirində santexnik, elektrik işlərinə başlayarkən nələrə diqqət etməli? Divarların üzlənməsi və döşəmənin vurulmasında nələrə diqqət etməliyik?  kimi məsləhətləri daha əvvəl blogumuzda yayımlamışdıq. İndi isə Tikinti materiallarını daha ucuz nə zaman alaq? Haradan alaq? kimi suallara cavab verməyə çalışacağıq.

Tikinti materiallarını tikintinin pik vaxtlarında alınması məsləhət görülmür. Əlbəttə ki, tikinti materiallarını qış aylarında almaq daha ucuz və sərfəlidir. Bu mövsümdə temperaturun aşağı düşməsi ilə əlaqədar olaraq tikinti işlərinin intensivliyi də azalır. Tələbatın kəskin azalmasına görə daxili interyer üçün nəzərdə tutulan materiallar istisna olmaqla bir çox tikinti materiallarının qiymətləri aşağı düşür. .

Qış mövsümündə kərpic və beton məhsulları, divar kağızı, naqillər, santexnika materialları, keramika materiallarının alınması daha məsləhətdir. İstehsalçı təlabatın azalmasına görə qiymətləri aşağı salır və eyni zamanda dilerlərə böyük endirimlər təklif edir. Lakin qış mövsümünün də mənfi cəhədləri vardır. Havanın rütubətli olması ilə əlaqədar materiallar öz keyfiyyətini itirə bilər.  Sementi mütləq quru və isti şəraitdə saxlamaq lazımdır.

Tikinti materiallarını ardıcıllığa uyğun almaq lazımdır

İlk növbədə görüləcək işlərin planı hazırlanmalıdır. Plana əsasən isə tikinti materiallarını almaq lazımdır. Tikinti materiallarını plana uyğun alarkən nəqliyyat xərclərinə də diqqət etmək lazımdır. Bir gedişdə alacağınız materiallar, sizi bir neçə dəfəlik daşıma xərclərindən azad edəcəkdir. Bundan əlavə alınan materialların çoxluğu satış təmsilçisinin də böyük endiriminə təkan verə bilər.

Lakin bir gedişdə bütün materiallarında alınmasının müsbət tərəfləri kimi mənfi tərəfləri də vardır. Əgər materialları saxlayacaq xüsusi yeriniz yoxdursa aldığınız tikinti materialları mənzilinizdə təmir və tikinti işlərinin gedişatına mane ola bilər. Bundan əlavə erkən alınmış tikinti materialı, sına və ya korlana bilər.

Tikinti materiallarını haradan ucuz almaq olar?

Bunun üçün bir neçə seçim var: bu, iri tikinti mağazaları və inşaat materiallarının topdan və parakəndə satışını edən bazarlar ola bilər…

Daha bir vacib məqamı qeyd etmək istəyirik ki, tikinti materialları alarkən tələsmək lazım deyil. Hər zaman ucuz qiymət – alınmış malların keyfiyyətli olması deyil. Və həmçinin bahalı material keyfiyyətsiz ola bilər. Tikinti materialları alarkən materialların daha ucuz olmasından çox keyfiyyətli olmasına diqqət etməyinizi tövsiyəyə edirik.

Melissa Group şirkətinin istifadə etdiyi tikinti materiallarından – santexnika İspaniya, xarici fasad, daşıyıcı və sərnişin liftləri Almaniya, döşəmədə istifadə edilən parket isə Malaziya kimi ölkələrin, ishetsal etdiyi materiallardır.

Şirkətimiz, müştərilərinə tam təmirli və təmirsiz, hazır və ya tikilməkdə olan layihələrdə istəkdən asılı olaraq müxtəlif ölçülərdə mənzillər təklif edir. Təklif edilən layihələrdə 24 saat təhlükəsizlik xidməti, avtomobilsiz həyət, geniş avto dayanacaq, uşaqlar üçün oyun meydançaları və s. xidmətlər sakinlərin ixtiyarına verilir.

Hal-hazırda şirkətin ən böyük layihəsi olan Melissa Park yaşayış kompleksinin üçüncü binasının təhvilinə hazırlaşan şirkət, bütün layihələrində keyfiyyəti əldə rəhbər tutaraq, müştərilərini daim sevindirir.

Mənzil axtarışındasan?

Divarların üzlənməsi və döşəmənin vurulmasında nələrə diqqət etməliyik?

Daha əvvəl mənzil təmirinə nədən başlamalı?mənzil təmirində santexnik, elektrik işlərinə başlayarkən nələrə diqqət etməli olduğumuz haqqında məlumat vermişdik. Təmirin üçüncü mərhələsində divarın, tavanın üzlənməsi işləri aparılır. İlk öncə divarın astar üzlənməsi həyata keçirilir. Üzlənmədən öncə divardakı qara suvağın üzəri binder ilə yuyulmalıdır. Tavan, hamar beton səthləri parakontakt ilə üzlənməlidir ki, üstündən çəkilən suvaq qatı, hamar səthdə möhkəm tutsun və uzun ömürlü olsun. Divarın astar suvağı çəkiləndən sonra astar üz çəkilir.

Daha sonra istilik sisteminin  quraşdırılmasına başlanılır. İstilik sisteminin çəkilməsi iki növ olur. Birinci sistem Kollektor (ona bəzən ulduz sistemi də deyirlər) bir mənbədən istiliyin bərabər paylanması deməkdir. Kollektor sistemi məsrəfdə artıq olsa da, etibarlılığına görə adi sistemdən fərqlənir. Adi sistemdə radiatorlar eyni xəttə qoşulur. Boru uzunluğu 4m olduğundan calaqlar yaranır ki, bu da gələcəkdə həmin hissədən sızmanın baş verə biləcəyini istisna etmir.

İstilik sisteminin boruları  quraşdırıldıqdan sonra, döşəmə vurulur.  Bir neçə döşəmə növü var:

  • Parket: Stajka (beton məhlulu) tökülür, üzərinə bambuk parket döşənir.
  • Dikt: Taxta laqalar (5 x 7.5sm) döşənir, qalınlığı minimum 12 mm olan diktlər vurulur. Arzu olunarsa daha sonra üzərinə parket də vurula bilər.
  • Metlax: Stajka (beton məhlulu) tökülür, üzərinə metlax döşənilir.
  • Taxta: Taxta laqalar (5 x 7.5sm) döşənir, daha sonra üzərinə taxtalar tikilir.

Tavan, divar (şkurka) ilk öncə hamarlaşdırılır ki, döşəmə (şlifovka) hamarlaşdırılanadan sonra toz və əlavə təbəqə döşəmədə iz buraxmasın.

Eyvan,  mənzil daxili işlər ilə paralel olaraq təmir olunur.  Üzləmə aparılan zaman artıq eyvan hazır olmalıdır ki, üzləmədən sonra eyvanda aparılan təmir işləri mənzilin təmizliyində problem yaratmasın.

Döşəmə haramlaşdırılandan sonra qoruyucu dolğu təbəqəsi vurulur. Qapılar quraşdırılır, ardınca tavan binder ilə yuyulur və rənglənir. Divarlar zövqə görə divar kağızı və ya boya ilə rənglənə bilər. Su tərkibli boya ilə rəngləmək daha qənaətlidir. Boyanın digər üstünlüyü isə, arzu olunan zaman boyanın asanlıqla yenilənməsi və ya rəngin dəyişdirilməsinin mümkünlüyüdür. Ən sonda  döşəmə laklanır və plintus elementlərinin tamamlanması işləri gedir.