Melissada Novruz – Backstage

18 Mart tarixində #MelissadaNovruz adlı musiqili əyləncəli şənlik proqramının kamera arxası görüntüləri.

Təmir prosesində santexnika və elektrik işləri edərkən nələrə diqqət etmək lazımdır?

Təmir prosesini sizlərə daha da asanlaşdırmaq üçün usta məsləhətlərimiz davam edir. Öncəki yazıda təmiri nədən başlamaq lazımdır? haqqında ilkin məluat verilmişdi. İndi isə “təmirin ikinci mərhələsi” – usta məsləhəti ilə silsiləvi yazını davam etdiririk.

Təmirin növbəti mərhələsində dizayna uyğun santexnika dayaqlarının qoyulması, elektrik xətlərinin çəkilməsi, astar və üzlük suvaqların vurulma işlərinə başlanması, o cümlədən döşəmənin hamar edilməsi, santexnika qovşağının kafel, metlax ilə üzlənməsi, tavanın rənglənməsi, divar kağızının vurulması, parketin laklanması, santexnika və elektrik avadanlıqlarının quraşdırılması işləri aparılır.

1-ci santexnika işlərinə başlanmalıdır – Mətbəx və sanitar qovşağında kanalizasiya və su dayaqları qoyulmalıdır. İstifadə edilən kanalizasiya borularının keyfiyyətinə, isti su borularının divarda gizlənməsinə fikir vermək lazımdır, çünkü borular üzdə olduqda, daha doğrusu isti su boruları kafelnən çox yaxın təmasda olduqda (yapışdırıcıya da fikir vermək lazımdır), qopa bilər. Kafel və metlax yapışdırıcısı isti və soyuqa davamlı olmalıdır.

Elektrik naqillərin çəkilməsində dizayna uyğun işlədicilərə diqqət etmək lazımdır. Naqilin en kəsiyi İşlədiləcək gücə uyğun seçilməlidir. Mənzil daxili elektrik xəttləri çox simli mis naqillərdən və yanmaya davamlı borulardan istifadə edilməlidir.

Mənzillərdə istifadə olunan avadanlıqlar (kondisioner, qaz plitəsi, soyuducu, paltar və qab yuyan avadanlıqlar) hamısı birbaşa avtomatdan qoşulmalıdır. Seçilən avtomatlar da işlədicinin gücünə uyğun olmalıdır. Məsələn, kondisioner üçün 16A –lik avtomat kifayət edir.

Elektrik şəbəkəsinin quraşdırılacağı yer dizayna uyğun seçilir. Hal-hazırda Avropa standartlarına görə elektrik şəbəkələr döşəmədən 40-45 sm yuxarı məsafədə yerləşdirilir, elektrik açarları isə – döşəmədən 90 sm yuxarı məsafədə quraşdırılır. İşlədicilər, qaz plitəsi, soyuducu, paltaryuyan maşın, kondisioner və sanitar qovşağında elektirik şəbəkəsi mütləq torpaqlama ilə təchiz edilməlidir.

Melissa Group layihəsində keramika materialları İspaniya materiallarıdır, elektrik naqilləri Türkiyə istehsalıdır. N kəsiyi normaya uyğun olmalıdır (məsələn, d 2.5mm olmalıdırsa dəqiq o ölçüdə olmalıdır, 2.2mm, 1.8mm olmamalıdır).

Lider TV: Melissada Novruz sujeti

Bu tədbirdə DJ, keçəl-kosa, NOVRUZ ənənələrini əks etdirən atributlar, bayram əhval-ruhiyyəsini daha da artırıb. İştirakçılara nənələrimiz tərəfindən bişirilən qutabların ləzzətini dadmaq imkanı yaradılıb. Bununla yanaşı, hədiyyəli yarışlar və sevincdolu rəqslər də bayram boyunca davam edib.

Melissada Novruz

Melissa Group-un təşkilatçılığı ilə yaşayış kompleksinin sakinləri üçün 18 mart tarixində #MelissadaNovruz adlı musiqili əyləncəli şənlik proqramı təşkil olunub.

Melissa Group

Melissada Novruz şənliyi

Melissada Novruz

Baharın gəlişini müjdələyən, xalqımızın qədim tarixinə malik olan Novruz Bayramı şəhərimizin bir çox yerlərində təntənəli şəkildə keçirilib.

Melissa Group-un təşkilatçılığı ilə yaşayış kompleksinin sakinləri üçün 18 mart tarixində #MelissadaNovruz adlı musiqili əyləncəli şənlik proqramı təşkil olunub. Bu tədbirdə DJ, keçəl-kosa, NOVRUZ ənənələrini əks etdirən atributlar, bayram əhval-ruhiyyəsini daha da artırıb. İştirakçılara nənələrimiz tərəfindən bişirilən qutabların ləzzətini dadmaq imkanı yaradılıb. Bununla yanaşı, hədiyyəli yarışlar və sevincdolu rəqslər də bayram boyunca davam edib.

Bu xoş anları tədbirdə çəkilən şəkillər xatirəyə çevirib!

Novruz Bayramınız Mübarək!



Yüksək səviyyədə təmirli mənzillər

Təmir zamanı bütün materialları müştərilər özü seçir. Bütün tikinti materiallarımız qabaqcıl avropa şirkətlərinin məhsullarıdır. Təmir işlər qısa vaxt ərzində görülür və tam zəmanət verilir.

Melissada Novruz

Qış hər nə qədər xoş da keçsə, bir çoxlarının ən sevimli fəsli də olsa, baharın gəlməsi insanlarda sevincli təəssurat yaradır.

Artıq Novruz qapıdadır və hər kəs bu bayramı səbirsizliklə gözləyir. Əyləncə, hədiyyələr, məhdudiyyətsiz şirniyyatlar, attraksionlar, bir sözlə, sevincli günlər yaşamaq üçün kifayət qədər səbəb var.

Bəli elin-obanin, haminin şənliyinə dönən Novruz bayrami ölkəmizin hər yerində coşqu ilə qarşilanir. Hər bir ailə, hər məhəllə səbirsizliklə yolunu gözlədiyi bu bayrami keçən bayramdan daha gözəl keçirməyə sanki rəqabət aparirlar.
Melissa Group da öz sevimli sakinklərini unutmur.

Onlara qayğı və sevgi ilə yanaşaraq, #MelissadaNovruz şənliyi təşkil edir. Mehriban gülərüz qonşular bir araya toplanıb, bayramı birlikdə qarşılayır, xoş əhvalı, bahar ruhunu və təravətini bir biri ilə paylaşırlar. Tədbir zamanı DJ, keçəl-kosa və NOVRUZ ənənələrini əks etdirən atributlar olacaq. Özəl olaraq #MelissadaNovruz məkanı yaradılacaq və çəkilən şəkillər bu fərəhli günü xatirəyə çevirilək!

Melissa Group – bir ailədir!

VAXT İTİRMƏ!

Məhdud sayda mənzilə 20 İLLİK İpoteka şərtlərinə START VERİLDİ!

Günbəgün dəyər qazanan Melissa Group-un hazır və tikilməkdə olan layihələrindən sərfəli İPOTEKA şərtləri ilə mənzil əldə etməyə tələsin!

Ətraflı məlumat üçün *3939 və ya 050 240 3939 telefon nömrələrinə zəng edin!

 


Mənzil təmirini nədən başlamaq lazımdır?

Mənzil təmirini ilk öncə mənzilin dizaynından başlamaq lazımdır. Təyin etdiyiniz dizayn, nəzərdə tutduğunuz büdcəni aşmamaq üçün kiçik nüansları dəqiq araşdırlamlısınız. Əgər mənzil dizaynı haqqında geniş bilgilərə malik deyilsinizsə bunu peşəkarlara həvalə edə bilərsiniz. Biz isə sizə dizaynla bağlı vacib məqamları təqdim edəcəyik.

Dizaynı başlamaq üçün ilk öncə təmir olunacaq otaq və ya mənzilin hansı funksiyanı daşayacağını, mənzildə kimlərin yaşayacağını müəyyən etmək lazımdır.

  • Mənzilin tərzi və rəng çalarları da vacib amillərdən biridir. Mənzildə yaşayan insanlar üçün burada vaxtlarını keçirmək komfortlu və xoş olmalıdır. İnteryerdə olan rənglərin çox böyük əhəmiyyəti vardır və bu rənglər insanın psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Mənzilin tərzi birbaşa mənzil sahibinin hobbilərindən və yaşayış tərzindən asılıdır. Ev sahibinin hər hansı bir hobbisi və ya marağı varsa, mütləq evində də dekorasiya üçün həmin detallardan istifadə olunmalıdır (maraqlı şəkillər və ya incəsənət əsərləri və s).
  • Otaqların (mənzilinin) ölçüləri:  Əlbətdə ki, hamımız böyük saraylarda yaşamaq arzusundayıq. Lakin realist olub və əlimizdə mövcud olan imkanlara baxmaq lazımdır. Bizim məqsədimiz – əşyaları mənzilə harmoniya ilə yerləşdirməkdir.
    Kiçik mənzillərdə məsələn böyük mebeli, çılçıraqları yerləşdirmək çətindir.  Bu cür mənzillərin dekoru adətən daha açıq rənglərdə, lokanik, böyük olmayan mebel ilə yerləşdirilir. Və əksinə, böyük sahəli mənzillərdə xırda elementli mebel zövqsüz görünəcəkdir. Bu cür mənzillər üçün qeyri-adi layihələr yaratmaq və həyata keçirmək maraqlı olacaqdır. Bu səylərin nəticəsində gözəl, rahat, səmərəli və illər boyu gözünüzü oxşayan tərz əldə edəcəksiniz.
  • Dizayn və interyerın proyekti: Bu etapda siz professionalların bilik və bacarağından istifadə etmək və ya öz potensialınıza güvənməli olduğunuza qərar verirsiniz. Birinci halda, seçdiyiniz və ya tanışların məsləhət gördüyü dizayn studiyasına müraciət edirsiniz. Adətən bu studiyalarda müxtəlif tərzlərdə çalışan bir neçə dizayner olur. Bu yanaşmanın bir çox müsbət cəhədləri vardır. Belə ki, bu zaman evinizin layihəsi və tərtibatı professionallar tərəfindən həyata keçiriləcək və bütün xırda detallar nəzərə alınacaqdır. Dizayn studiyalarında dizaynerlər fikrinizi nəzərə alaraq və zövqünə uyğun dizayn hazırlayacaq. Belə xidmətinin bir mənfi cəhəti odur ki, bu xidmət ödənişlidir.

Sonda isə qeyd etmək istəyirik ki, mənzilin dizaynını təyin etməzdən öncə hər xüsusiyyəti nəzərə almaq lazımdır: divarlar, döşəməni, radiatorları, pəncərələrin yerləşməsi, tavanın hündürlüyü, qapıların sayı. Bu çox yorucu işdir, lakin səyləriniz nəticəsində Siz unikal bir interyer yaradacaqsınız.

Bu işdə bədii zövqünüzü və individuallığınızı göstərin. Sizin tələblərinizi və üstünlüklərinizi nəzərə alan, Sizin üçün yaradılmış mühit Sizi yeni nailiyyətlərə və parlaq planlara ilham verəcək.

Daha sonra mənzil təmirinin qiyməti (smetası) hazırlanmalıdır, yəni təmirə dəqiq nə qədər pul xərclənəcək: istehlak və üzlük materialları, alətlər, nəqliyyat, ustaların əmək haqqı, zibilin daşınması və digər gözlənilməz xərclər (təmirin 10% çata bilər).

Daha sonra dizayna uyğun santexnika, dayaqlarının qoyulması, elektrik xətlərinin, astar, üzlük, suvaq, o cümlədən döşəmənin, tavanın rənglənməsi, santexnika qovşağının kafel, metlax ilə üzlənməsi, divar kağızının vurulması, parketin laklanması.