Mətbəxdə yaxşı əhval-ruhiyyənin 3 qaydası!

Bir çoxlarımız üçün mətbəx yalnız xörək bişirmək yeri deyil, həm də günümüzün çox hissəsini keçirdiyimiz məkandır. Məhz əksər vaxtımızın mətbəxdə keçdiyi üçün, biz burada lazımi əhval-ruhiyə, sevinc və müsbət emosiyalı atmosfer yaratmalıyıq. Mətbəx yalnız qida ilə yox, həmçinin həyata sevgi ilə baxmaq üçün assosiasiya olmalıdır. Bunun üçün mətbəxin isti rənglərdə olması tövsiyə edilir.

Bunun üçün yeni mətbəx dəsti sifariş verməyə ehtiyac yoxdur. Xırda aksessuarlar ilə və onların düzgün şəkildə mətbəxdə yerləşdirilməsi, mətbəxin yeni rənglər almasına kömək edəcək. Misal üçün parlaq aksesuarlar, zərif və ya naxışlı qab, təbii və ya suni güllər.

Cəlbedici mətbəxin ikinci mühüm qaydası – heç bir qarışıqlıq olmamalıdır. Əlbəttə ki, bu çirkli qablar və ya dağınıq deyil, heç bir ev xanımı buna yol verməz. Bu, lazımsız əşyaların göz önündə olmasıdır, açıq bankalar, mətbəx qadjetləri və s. Bunlara görə mətbəx ümumi səliqəsiz və dolu görünür. Bu cür halların baş verməməsi üçün mətbəx çoxfunksiyalı olmalıdır. Hər əşyanın öz yeri və hətta mümkün qədər rahat olmalıdır.
Böyük mətbəx texnikası üçün, paltaryuyan və ya qabyuyan maşın, dekorativ panellərdən istifadə etmək olar. Bu mətbəxə səliqəli görünüş bəxş edəcək.

Və əlbətdə ki, ideal mətbəxin üçüncü qaydası – stilin və funksionallığın bir arada olmasıdır. Bizi mətbəxdə ən çox görünüş baxımından nə narahat edir? Bu təbii ki, ən böyük obyekt olan – soyuducudur. Soyuducu seçiminə xüsusi yanaşmaq lazımdır. Soyuducunun nəyinki funksionallığı həm də dizaynı yaxşı olmalıdır.

Beləliklə, eksperementlər aparın, yaradın və unutmayın: mətbəxdə keçirdiyiniz zaman yorucu bir ev işi olmamalıdır. Siz özünüz və ailəniz üçün mətbəxdə keçirdiyiniz hər axşamı kiçik bir bayrama çevirə bilərsiniz!
Sonda isə fürsətdən istifadə edib, Melissa Groupun “İkiqat sevinc” kampaniyası haqqında məlumat vermək istəyirik. Belə ki, 24 Fevral – 8 Mart tarixlərində Melissa Group-un layihələrindən (Melissa Park, Melissa Residence, Melissa Azadlıq, ASP MTK) ev alan hər kəsə mətbəx mebeli HƏDİYYƏ!

Kampaniya haqqında ətraflı məlumat üçün
*3939 və ya 050 240 3939 nömrələrinə zəng edə bilərsiniz.

Mənzil alarkən ən çox nəyə fikir verməliyik?

Ev sahibi olmaq hər birimizin arzusudur və gələcəkdə həyatımızın hədəfinə çevrilir. Lakin, bu hədəfə çatmaq bəzən o qədər də asan olmur. Ev almaq məqamı çatanda biz bir çox suallarla üzləşirik: evin qiyməti, sahəsi, şəraiti, yerləşdiyi ərazi və s.

Əsas məqamlardan biri evin yerləşdiyi ərazidir ki, yaşadığımız ərazidə hər cür infrastruktur obyektlərinin olması vacibdir.

Statistik məlumatlara görə insan ömrünün 4il 3 ayını nəqliyyata sərf edir, 3-6 ay isə tıxaclarda dayanamaq məcburiyyətində olur.

Elə buna görə də yaşadığımız mənzil elə bir ərazidə yerləşməlidir ki, onun əsas yola və ya bir neçə yola çıxışı olsun. Bina əsas yoldan kənar olduqda nəqliyyat problemi yaranır, bu da uzun məsafəni qət etməkdə çətinliklər yaradır. Bina ictimayi nəqliyyat stansiya və dayanacaqlarına yaxın olmalıdır.

Yeni ailə quranlar daha çox müəyyən mərkəzlərə yaxın ev almaq istəyirlər: alış-veriş, restoran, parklar və s.
Ailəli və uşaqlı ailələr üçün vacib məqamlardan biri evin yaxınlığında uşaq bağçasının, məktəbin olmasıdır ki, uşaqların bağçaya və ya məktəbə gedib gəlməsi narahatçılıq yaratmasın və körpələr vaxtının böyük hissəsini yollarda, tıxaclarda keçirməsin.

Bütün bu məqamları nəzərə alaraq “Melissa Group” tikinti şirkəti şəhərimizin əsas infrastruktur qovşaqlarının yerləşdiyi, 20 yanvar metro stansiyasının yaxınlığında, Həsən bəy Zərdabi prospektində yerləşən Melissa Park yaşayış kompleksini inşa edir. Melissa Park yaşayış kompleksi şəhərin ən əsas yolları ilə əhatə olunur, Tbilisi prospekti, Zərdabi küçəsi və Salamzadə istiqamətindən giriş-çıxışlar mövcuddur. Kompleksdən 20 yanvar metro stansiyasına 10 dəqiqəyə piyada çatmaq olar.

Melissa Park yaşayış kompleksi kommunal xidmətlərlə təchiz olunmuş 1,2,3 otaqlı, tam təmirli mənzillərin satışını təşkil edir. Mənzillərin sahəsi 25-95 kv.m arası dəyişir. Mənzillərin 1 m² qiyməti mərtəbə, binanın hazırlıq vəziyətindən və layihədən aslı olaraq 1071 AZN-dən başlayır.

Melissa Group satış ofisi

Melissa Group satış ofisində layihərimizlə yaxından tanış ola, müxtəlif kampaniya və şərtlərimiz haqqında ətraflı məlumat ala bilərsiniz.

Ev, birgə uzun və xoşbəxt ömür yaşadığınız yerdir

Sizin də eviniz olsun.

#MelissaGroup #MelissaPark #SizinDeEvinizOlsun