B binası ev sahiblərinə çıxarış və texniki pasport ilə birlikdə təhvil verilir

Melissa Group 2016-cı ilin iyul ayında Hilton otelində  keçirdiyi mətbuat konfransında şirkətin ən böyük layihələrindən olan Melissa Park yaşayış kompleksinin 256 mənzildən ibarət A binasını təhvil verən zaman söz vermişdi ki, ilin sonunda  272 mənzildən ibarət B binasını da sakinlərə təhvil verəcək və sözünün üzərində durdu.

Keçən ilin sonundan başlayaraq mənzillər mərhələ ilə müştərilərə təhvil verirlir. Və hal-hazırda C, D və E binalarının tikintisi tam sürətlə davam edir.

Tikintinin gedişatına saytımızın online kamera bölməsi ilə 7 gün 24 saat nəzarət etmək mümkündür. Bundan əlavə Melissa Group heyəti hər kəsi satış və tikinti prosesini müşahidə etmək üçün satış ofislərinə dəvət edir.

 

Melissa Group tikinti şirkəti

Melissa Group tikinti şirkəti haqqında tanıtım çarxı

Ev – arzularınızın, xəyallarınızın başlanğıcıdır…

Sizin də eviniz olsun!

Ev doğmaları birləşdirən məkandır!

Sizin də eviniz olsun!