Yeni tikililərdən ev alarkən nələrə diqqət edilməlidir?!

Bu gün mənzil əldə etmək hər bir insanın arzusudur desək yanılmarıq! Amma düzgün mənzil seçmək bir o qədər də asan iş deyil. Xüsusən də yeni tikilən və tikilməkdə olan binalardan. Melissa Group tikinti şirkətin mütəxəsisləri ilə, biz vacib suallara cavab tapıb, Sizin mənzil seçiminizi daha da asanlaşdıracayıq!

  1. Tikinti şirkətinin güvənli olması. Mənzil seçərkən, binanı kim tərəfindən (hansı şirkət) tikildiyini bilməyiniz vacibdir. Bir neçə tikinti şirkətləri müştərilərin inamını itirib. Belə ki, mənzil seçərkən tikinti şirkətin bundan öncəki lahiyələri ilə maraqlanmağınız mütləqdir. Bundan əlavə artıq hazır olan layihələrin tikinti keyfiyyəti, təhvil verilmədən gecikmənin olub olmaması və s. ilə tanış olmağınız;
  2. Çıxarışla təqdim olunan mənzillər! Digər önəmli məsələlərdən biri də mənzillərin çıxarışı (yəni kupça) və texniki pasportu ilə təmin olunmasıdır. Qeyd edək ki, hal-hazırda bu yeni tikililərdə mənzil alan müştəriləri ən çox narahat edən məsələlərdəndir. Mütəxəssis qeyd edir ki, Melissa Group tikinti şirkəti ən böyük layihəsi olan Melissa Park yaşayış binasını sakinlərə çıxarış (yəni kupça) və texniki pasport ilə təhvil verən nadir tikinti şirkətlərindəndir. Bu sizin mənzilinizin tək sahibi olduğunuzu göstərir və mənziliniz bütün tikinti normalarına və dövlət qurumlarının yoxlamasını və razılığının verilməsini sübut edir. Çıxarış olduğu halda, mənziliniz təbii qazla da təmin olunur. Bu halın isə əksər yeni tikilən mənzillərində olmamasına tez-tez rast gələ bilərik.
  3. Optimal yerləşmə. Uğurlu layihə nə deməkdir?! Əlbətdə ilk öncə rahatlığ! Belə ki , hər bir mənzil sahibi hər gün evdən işə və işdən evə rahat və ən əsası çətinliksiz çatmaq arzusundadır. Bu baxımdan, binanın və ya kompleksinizin əsas şəhər küçə və prospektlərinə, metro stansıyalarına və avtobus dayanacaqlarına yaxın olması , gələcəkdə sizin seçiminizin nə dərəcədə doğru olmasının sübutu olacaq. “Melissa Park” yaşayış kompleksi layihə haqqında.
  4. Ödəniş şərtləri. Yaşayış komplekslərinin satışını həyata keçirən Şirkətlər müştərilər üçün maraqlı təkliflər edirlər. Lakin bir çox hallarda bu təkliflər müştəri istəkləri ilə üst-üstə düşmür. Mənzil almaq istəyib, yalnız bütün məbləğin olmaması nadir hal deyil . Bu zaman müştərilərə “sərfəli” ipoteka təklifi gələ bilər. Amma tez sevinməyə dəyməz! Çünki ipoteka müştərinin həm leyhinə həm də əleyhinə ola bilər. Belə ki, ipoteka şərtlərini düzgün analiz etməyiniz tövsiyə olunur. İpoteka alan zaman fikir verməli olduğunuz bir necə amil olmalıdır.
    1. Məbləğın manatla olması – bu gələcəkdə devalvasiya zamanı sizə zərər yetirməyəcək amillərdən biridir.
    2. FİFD – Faktiki illik faiz dərəcəsi normalda qeyri dövlət ipoteka üçün 10-12 % arasında dəyişə bilər.
    3. Sığorta. Normalda bütün mənzillər həm ipoteka həm də ki nağd alış zamanı icbari sığortalanmalıdır! Həmin sığortanın, bir illik dəyəri tikinti şirkəti tərəfindən ödənilməlidir.

“Melissa Park” yaşayış kompleksinin ipoteka şərtləri ilə tanış olmaq üçün *3939 nömrəli telefonlardan zəng edə və ya Həsən Bəy Zərdabi küçəsi 92 A ünvanındakı ofisimizə yaxınlaşmağınız xahiş olunur.