Tam təmir nədir? Tam təmirli mənzillərin əhəmiyyəti nədir?

https://melissapark.az/storage/app/media/menzil-2_20210909181221.jpg

Hazırda müştərilər üçün əhəmiyyətli mövzulardan biri də aldıqları mənzilin təmiridir. Məlumdur ki, mənzilin təmiri çox məsrəfli və başağrıdıcı bir işdir. Bundan əlavə olaraq ətrafda davamlı təmirin aparılması sakinləri də narahat edir. Bütün bunları nəzarə alaraq Melissa Park layihəsində Sizlər üçün tam təmirli mənzilləri təqdim edirik. Sizə ancaq yaşamaq üçün mebel, elektronika ləvazimatlarının və qab-qacağın seçilməsi qalır. Melissa Park sizlərə təmir müddətinə qədər 3 təmir növündən birini seçməyi təklif edir. Hər üç təmir növü Sizin zövqünüzü oxşayacaqdır. Təmir dedikdə, biz ümumi girişin, yataq, qonaq və uşaq otağının tavan, döşəmə və divarlarının tam təmir edilməsini nəzərdə tuturuq. Hamam, tualet də xüsusi şəkildə təmir ediləcək və avadanlıqlarla təchiz ediləcəkdir. Mətbəx də öz növbəsində xanımların ehtiyacını ödəyəcək şəkildə təmir ediləcək və mətbəx mebeli ilə təchiz ediləcəkdir.

Tam təmirə aşağıdakılar daxildir:

  1. Binada Avropa istehsalı olan yüksək keyfiyyətli və dayanıqlı liftlər quraşdırılacaqdır.
  2. Giriş qapısı metal seyf qapı olmaqla mənzilin təhlükəsizliyini yüksək şəkildə təmin edəcək. Qapılar Türkiyə istehsalıdır.
  3. Mənzilinizin təmirində yüksək keyfiyyətli plastik pəncərələrdən istifadə olunacaq. Pəncərələr Türkiyədə istehsal olunmuşdur, səs, isti-soyuq keçirmir, rahat açılıb – bağlanır, isti günəş şüalarından deformasiyaya uğramır.
  4. Su dayaqları xüsusi hazırlanmış plastik borulardan ibarət olacaqdır. Borular Türkiyə istehsalı olan FİRAT PLASTİK Şirkətinin məhsullarıdır.
  5. Qaz dayaqları 4 mm-lik keyfiyyətli və dayanaqlı dəmir borulardan ibarət olacaqdır. Dəmir borular və qaz dayaqları Rusiya istehsalıdır.
  6. Ən son texnalogiyalara uyğun Türkiyə istehsalı olan kanalizasiya dayaqları istifadə olunacaqdır.
  7. Mənzillər Mərkəzi istilik sistemi ilə təchiz olunacaqdır.
  8. Sakinlərin istirahəti üçün Binanın həyəti abadlaşdırılacaq, yaşıllıq salınacaq, ağaclar əkiləcək və gözəl şərait yaradılacaqdır.
  9. Mənzilin daxilində elektrik, telefon, televiziya xətləri çəkiləcəkdir.
  10. Mənzillərdə insanların rahatlığı üçün qızdırıcılar quraşdırılacaqdır.
  11. Mənzilin döşəməsi Malaziya istehsalı olan yüksək keyfiyyətli parketlə örtüləcəkdir.
  12. Divarlar Alman texnologiyası ilə hazırlanmış keyfiyyətli və zövqlə seçilmiş divar kağızları ilə örtüləcəkdir.
  13. Mənzilin tavanının təmiri və rənglənməsi gündəmin ən dəbdə olan dizaynına uyğun olaraq alçıpanla örtülməsidir. Mənzilin koridoru və zalın tavanı alçıpanla örtüləcəkdir.
  14. Otaqlara ən keyfiyyətli qapılar hesab edilən Belarusiyada istehsal olunmuş qapılar quraşdırılacaqdır.
  15. Hamam Türkiyə istehsalı olan keyfiyyətli və xüsusi zövqlə seçilmiş kafellə təmir ediləcək və gərəkli avadanlıqlar quraşdırılacaqdır.
  16. Sakinlərə mənzillərin tam təmiri və mətbəx mebeli hədiyyə olunacaqdır.