Kiçik otağı necə geniş göstərmək olar?

Kiçik mənzillərdə əsaslı yeniliklər etmə ehtimalı çox vaxt az olur. Amma bu o demək deyil ki, kiçik otaqları ümumiyyətlə genişləndirmək olmaz. Bir sıra dizayn və vizual qavrayış qanunlarından istifadə edərək, hər hansı bir otağı daha rahat və geniş etmək olar.

Müasir kiçik mənzillərin əsas xüsusiyyətlərindən biri tavanın standart 2.8 m olmasıdır və əlavə interyer hissələri olmadan, otaqda sanki bir qədər “təzyiq” yaranır. Üstəlik əgər düşünmədən evə bir də mebel və məişət texnikası əlavə etdikdə tam bir “xaos” yaranır.

Otağı vizual genişləndirməyin klassik yolu-divar və tavanın açıq rənglərdə olmasıdır. Bu halda, siz divar kağızını böyük dekorativ bəzəklə deyil, sadə şaquli zolaqlar ilə seçməlisiniz. Bu otaqların vizual hündürlüyünü artırmağa imkan verir.

Dizayn aksioması: İşiqlı otaq daha geniş görünür.

Əgər kifayət qədər təbii və ya süni işıqlandırma varsa hər hansı bir kiçik otaq vizual daha geniş görünür. Belə hallarda hətta pəncərələrin konstruksiyası belə böyük əhəmiyyət kəsb edir. Kiçik otaq üçün pəncərə seçərkən arakəsmələrin minimum sayda olmasına diqqət yetirilməlidir.

Pərdə seçimi zamanı isə, parlaq və böyük naxışlar olmadan açıq rəngli materiallara üstünlük verilməlidir. Həmçinin pəncərəaltı da bitki və ya güllərdən istifadə minimuma endirmək lazımdır.

Düzgün planlaşdırılmış işıqlandırma sayəsində axşam vaxtı da otağı vizual böyütmək mümkündür. Kiçik, otaqlı mənzildə siyirməli qapı modellərindən istifadə etmək tövsiyə olunur, çünki belə konstruksiyalar əlavə yer tutmur. Siyirməli qapıların əsas üstünlüyü isə qapını açıb bağlayan zaman səsin olmamasıdır.

Otağın komfortlu olması üçün üstünlük daha çox kompakt və ya asanlıqla qatlana bilən mebelə verilməlidir.
Standart və həcmli mebelləri mütləq yüngül, praktik stellajlar ilə əvəz etmək lazımdır.

Yumşaq mebel seçimi zamanı onun funksionallığı ön planda olması vacibdir. Qatlanma divan sayəsində siz nəinki otağın sahəsinə qənaət edə bilərsiniz, həm də oturacaqların altında lazımlı əşyalar saxlaya bilərsiniz.

Mənzilin komfortu üçün əsas amillərdən biri də mebelin rəngidir. Tünd rəngin gündəlik həyatda daha praktik olmasına baxmayaraq, bu cür mebel kiçik otaqlar üçün uyğun deyil. Ümumi rəng sxemlərindən asılı olaraq, mebel yüngül pastel çalarlarında olmalıdır: bej, mavi və ya açıq yaşıl. Məsləhət gördüyümüz rənglər gözləri qıcıqlandırmır və istənilən dekorasiyaya uyğun olur.

Əgər təmir prosesinə düzgün yanaşsanız otaqda komfort və azadlıq hissi yaratmaq mümkün olacaqdır.

25 000 AZN-dən başlayan mənzillər, bu necə mümkündür?

Bu fürsəti sizə yüksək keyifiyyətli yaşayış kompleksi inşa edən “Melissa Group” şirkəti təmin edir. “Melissa Group” şirkəti 2000-cu ildə təsis edilib və fəaliyyətə başladığı ilk gündən etibarən tikinti sahəsinin ən uğurlu şirkətidir.

“Melissa Group” şirkətini digərlərindən fərqləndirən ən vacib üstünlüklərindən biri etibarlılıq və keyfiyyətdir. Sakinlərə mənzillərinə köçmədən öncə çixarış vərəqəsi və texiki pasport ilə təmin edən şirkətin fəaliyyətlərini “Halal” MTK “General” MTK “Yüksəl” MTK “ASP” MTK  kimi uğurlu layihələr təsdiqləyir. Hal-hazırda “Melissa Park”, “Melissa Residence” və “Melissa Azadlıq” kimi  layihələrin həyata keçirilməsi davam edir.

Həqiqətən, 25 000 AZN ilə nə edilə bilər?

Yeni avtomobil almaq, kiçik faizlə bank yatırımı, dəyərli zinət əşyası əldə etmək və ya bahalı tətil keçirmək.

Biz isə sizə 25 000 AZN-ə ev təklif edirik. Melissa Park möhtəşəm bir iyul ayı kampaniyası ilə sizə məhdud sayda evləri YAY QİYMƏTLƏRİnə təklif edir.

Kompleks bütün müasir standartlara cavab verən  12-20 mərtəbəli binalardan ibarətdir.

Tikilməkdə olan kompleksimizdə sizləri daimi isti/soyuq su, elektrik və qaz sistemi, sərnişin və yük liftləri, müasir qapı və pəncərə sistemləri, seyf qapilar, yeraltı dayanacaq, təhlükəsizlik xidməti, parklar, tennis kortları və futbol meydançaları ilə təmin edirik.

Melissa Park yaşayış kompleksi  20 Yanvar metro stansiyasından cəmi 10 dəqiqəlik məsafədədir.

Pulunuzun Qiymətini bilin! Şəhərin ən sürətlə dəyər qazanan layihələrindən biri olan Melissa Parkda SİZİN də EVİNİZ OLSUN!

Ətraflı məlumat üçün *3939 -a zəng edin.

Podratçını necə seçməli?

Mənzil təmiri olduqca yorucu porsessdir. Öncədən sifariş etdiyimiz dizayna əsasən mənzili təmir edəcək podratçı axtarışına keçməliyik. Bu mərhələyə keçmədən öncə nələrə diqqət etməliyik ki, artıq xərcimiz çıxmasın?  Təmirin arzulandığı kimi keyfiyyətli və yaxşı alınması üçün nələrə diqqət etməli? Bu suallara aydınlıq gətirib, sizə öz tövsiyələrimizi verməyə çalışacayıq.

Təcrübə

Podratçı seçimində ilk diqqət edəcəyimiz məqam əlbəttə ki, şirkətin təcrübəsidir. Təmir işi ciddi olduğu üçün onu təcrübəsiz şirkətlərə etibar etməklə, özünüzə maddi və mənəvi ziyan vura bilərsiniz. Seçimdən öncə növbəti suallara aydınlıq gətirməyə çalışın.

  • Şirkət neçə ildir fəaliyyət göstərir? Uzun müddət fəaliyyət göstərən şirkətlər aydın məsələdir ki, böyük təcrübəyə malikdirlər. Bəzən yeni qurulmuş keyfiyyətli podratçı şirkətlər də ola bilər. Təcrübəsiz olmaqlarına baxmayaraq, ilk işlərinin yaxşı alınması üçün mümkün qədər çalışıb, müsbət rəylər topmaq üçün əllərindən gələni edəcəklərindən əmin ola bilərsiniz.
  • Yeni texnologiyaların tətbiqi varmı? Texnologiyanın inkişafı sayəsində təmir xərcləri kifayət qədər azalıb. Bu texnologiyaları tətbiq edən şirkətlərdə sizi əlavə xərcə salmayıb, təmir maliyyətinizi şişirtməyəcək.
  • Hansı layihələr həyata keçirib, müştərilərin rəyləri necədir? Bu şirkətlə daha öncə çalışmış müştərilərin mənzillərinə baxış keçirib, mənzil sahibləri ilə müzakirələr apara bilərsiniz. Əmin olun ki, narazı müştəri bunu sizdən gizlətməyib, narazı olduğu məqamları bildirəcəkdir. Sonda isə bu narazıçılıqların sizin üçün nə dərəcədə vacib amil olduğunu özünüz dəyərləndirərsiniz.

Zaman

“Hər bir işin öz zamanı var” sözlərini çox eşitmişik. Podratçı seçiminin də öz zamanı var. Belə ki, inşaat və təmirin gur olduğu aylarda podratçı seçimi də çətinləşir. Əksər yaxşı podratçılar bir neçə ay öncədən müqavilə bağladıqları üçün, yay aylarında sizin layihənizi həyata keçirəcək podratçıların vaxtları demək olar ki, olmayacaq. Buna görə də tövsiyəmiz podratçılarla müqaviləni işlərin seyrək vaxtlarında imzalamağınızdır.

Qiymət

Seçimə təsir edəcək ən önəmli faktorun qiymət olacağını qeyd etsək yanılmarıq. Hər kəsə aydındır ki, inşaat mallarının əksəriyyəti xaricdən idxal olur. Buna görə də məzənnədən asılı olaraq, qiymətlərin dinamik olması adi haldır. Bu bölümdə məsləhətimiz öncədən bağlayacağınız müqavilədə maliyyə bəndlərini aydın şəkildə qeyd edin. Belə olduğu halda məzənnənin dəyişməsinin təmirinizə heç bir aidiyyatı olmayacaq.

Qiymət artımına səbəb digər faktor isə subpodratçıların olmasıdır. Tanınmış podratçı ilə müqavilə bağlayırsınız. Onlar da öz növbəsində digər şirkətlə müqavilə bağlayırlar. Bu da ümumi məbləğin şişməsi ilə nəticələnir.

Keyfiyyət

Keyfiyyətli təmir, böyük büdcə tələb edir. Lakin, bəzən keyfiyyət və kəmiyyətin düz mütənasib olduğunu düşünənlər yanıla bilir. Materialın bahalı olması, hər zaman ən keyfiyyətli olması demək deyil. Keyfiyyətli məhsulu uyğun qiymətə də təmin edə bilərsiniz. Bir çox podratçılar inşaat məhsullarını topdan aldıqları üçün, müştəriyə də ucuz təklif edirlər. Burda diqqət ediləcək ən əsas məqam, keyfiyyətin qiymətə uyğun olmasını tələb etməkdir.

Təmirin keyfiyyətinə mütləq zəmanət tələb edin. İstifadə olunan materialların qısa müddətdən sonra sıradan çıxmasına cavabdehliyi kim daşıyacaq sualına aydınlıq gətirin.

Sonda isə Melissa Group olaraq, müştərilərimizə hazır təmirli və təmirsiz mənzil təklif etdiyimizi qeyd etmək istəyirik. Təmirli mənzillərdə istifadə olunan materiallar Avropa istehsalı olan qabaqcıl şirkətlərin materiallarıdır. Mənzil sahibi olmadan öncə nümunəvi otaqla tanış olub, təmir keyfiyyətinin şahidi ola bilərsiniz.

Şirkətin təklif etdiyi yaşayış komplekslərində çıxarışlı (kupça) hazır və tikilməkdə olan mənzilləri nağd və uzunmüddətli kreditlə əldə edə bilərsiniz. Satış ofisləri həftənin bütün günləri 09.00-19.00 arası fəaliyyət göstərir.

Mənzil almadan öncə mütləq bizim satış salonuna baş çəkin. Şərtlərimiz və mənzillərin keyfiyyəti sizi sevindirəcək.

Tikinti materiallarını nə zaman daha ucuz almaq olar?

Mənzil təmirinə nədən başlamalı? mənzil təmirində santexnik, elektrik işlərinə başlayarkən nələrə diqqət etməli? Divarların üzlənməsi və döşəmənin vurulmasında nələrə diqqət etməliyik?  kimi məsləhətləri daha əvvəl blogumuzda yayımlamışdıq. İndi isə Tikinti materiallarını daha ucuz nə zaman alaq? Haradan alaq? kimi suallara cavab verməyə çalışacağıq.

Tikinti materiallarını tikintinin pik vaxtlarında alınması məsləhət görülmür. Əlbəttə ki, tikinti materiallarını qış aylarında almaq daha ucuz və sərfəlidir. Bu mövsümdə temperaturun aşağı düşməsi ilə əlaqədar olaraq tikinti işlərinin intensivliyi də azalır. Tələbatın kəskin azalmasına görə daxili interyer üçün nəzərdə tutulan materiallar istisna olmaqla bir çox tikinti materiallarının qiymətləri aşağı düşür. .

Qış mövsümündə kərpic və beton məhsulları, divar kağızı, naqillər, santexnika materialları, keramika materiallarının alınması daha məsləhətdir. İstehsalçı təlabatın azalmasına görə qiymətləri aşağı salır və eyni zamanda dilerlərə böyük endirimlər təklif edir. Lakin qış mövsümünün də mənfi cəhədləri vardır. Havanın rütubətli olması ilə əlaqədar materiallar öz keyfiyyətini itirə bilər.  Sementi mütləq quru və isti şəraitdə saxlamaq lazımdır.

Tikinti materiallarını ardıcıllığa uyğun almaq lazımdır

İlk növbədə görüləcək işlərin planı hazırlanmalıdır. Plana əsasən isə tikinti materiallarını almaq lazımdır. Tikinti materiallarını plana uyğun alarkən nəqliyyat xərclərinə də diqqət etmək lazımdır. Bir gedişdə alacağınız materiallar, sizi bir neçə dəfəlik daşıma xərclərindən azad edəcəkdir. Bundan əlavə alınan materialların çoxluğu satış təmsilçisinin də böyük endiriminə təkan verə bilər.

Lakin bir gedişdə bütün materiallarında alınmasının müsbət tərəfləri kimi mənfi tərəfləri də vardır. Əgər materialları saxlayacaq xüsusi yeriniz yoxdursa aldığınız tikinti materialları mənzilinizdə təmir və tikinti işlərinin gedişatına mane ola bilər. Bundan əlavə erkən alınmış tikinti materialı, sına və ya korlana bilər.

Tikinti materiallarını haradan ucuz almaq olar?

Bunun üçün bir neçə seçim var: bu, iri tikinti mağazaları və inşaat materiallarının topdan və parakəndə satışını edən bazarlar ola bilər…

Daha bir vacib məqamı qeyd etmək istəyirik ki, tikinti materialları alarkən tələsmək lazım deyil. Hər zaman ucuz qiymət – alınmış malların keyfiyyətli olması deyil. Və həmçinin bahalı material keyfiyyətsiz ola bilər. Tikinti materialları alarkən materialların daha ucuz olmasından çox keyfiyyətli olmasına diqqət etməyinizi tövsiyəyə edirik.

Melissa Group şirkətinin istifadə etdiyi tikinti materiallarından – santexnika İspaniya, xarici fasad, daşıyıcı və sərnişin liftləri Almaniya, döşəmədə istifadə edilən parket isə Malaziya kimi ölkələrin, ishetsal etdiyi materiallardır.

Şirkətimiz, müştərilərinə tam təmirli və təmirsiz, hazır və ya tikilməkdə olan layihələrdə istəkdən asılı olaraq müxtəlif ölçülərdə mənzillər təklif edir. Təklif edilən layihələrdə 24 saat təhlükəsizlik xidməti, avtomobilsiz həyət, geniş avto dayanacaq, uşaqlar üçün oyun meydançaları və s. xidmətlər sakinlərin ixtiyarına verilir.

Hal-hazırda şirkətin ən böyük layihəsi olan Melissa Park yaşayış kompleksinin üçüncü binasının təhvilinə hazırlaşan şirkət, bütün layihələrində keyfiyyəti əldə rəhbər tutaraq, müştərilərini daim sevindirir.

Mənzil axtarışındasan?

Divarların rənglənməsi

Divarların üzlənməsi və döşəmənin vurulmasında nələrə diqqət etməliyik?

Daha əvvəl mənzil təmirinə nədən başlamalı?mənzil təmirində santexnik, elektrik işlərinə başlayarkən nələrə diqqət etməli olduğumuz haqqında məlumat vermişdik. Təmirin üçüncü mərhələsində divarın, tavanın üzlənməsi işləri aparılır. İlk öncə divarın astar üzlənməsi həyata keçirilir. Üzlənmədən öncə divardakı qara suvağın üzəri binder ilə yuyulmalıdır. Tavan, hamar beton səthləri parakontakt ilə üzlənməlidir ki, üstündən çəkilən suvaq qatı, hamar səthdə möhkəm tutsun və uzun ömürlü olsun. Divarın astar suvağı çəkiləndən sonra astar üz çəkilir.

Daha sonra istilik sisteminin  quraşdırılmasına başlanılır. İstilik sisteminin çəkilməsi iki növ olur. Birinci sistem Kollektor (ona bəzən ulduz sistemi də deyirlər) bir mənbədən istiliyin bərabər paylanması deməkdir. Kollektor sistemi məsrəfdə artıq olsa da, etibarlılığına görə adi sistemdən fərqlənir. Adi sistemdə radiatorlar eyni xəttə qoşulur. Boru uzunluğu 4m olduğundan calaqlar yaranır ki, bu da gələcəkdə həmin hissədən sızmanın baş verə biləcəyini istisna etmir.

İstilik sisteminin boruları  quraşdırıldıqdan sonra, döşəmə vurulur.  Bir neçə döşəmə növü var:

  • Parket: Stajka (beton məhlulu) tökülür, üzərinə bambuk parket döşənir.
  • Dikt: Taxta laqalar (5 x 7.5sm) döşənir, qalınlığı minimum 12 mm olan diktlər vurulur. Arzu olunarsa daha sonra üzərinə parket də vurula bilər.
  • Metlax: Stajka (beton məhlulu) tökülür, üzərinə metlax döşənilir.
  • Taxta: Taxta laqalar (5 x 7.5sm) döşənir, daha sonra üzərinə taxtalar tikilir.

Tavan, divar (şkurka) ilk öncə hamarlaşdırılır ki, döşəmə (şlifovka) hamarlaşdırılanadan sonra toz və əlavə təbəqə döşəmədə iz buraxmasın.

Eyvan,  mənzil daxili işlər ilə paralel olaraq təmir olunur.  Üzləmə aparılan zaman artıq eyvan hazır olmalıdır ki, üzləmədən sonra eyvanda aparılan təmir işləri mənzilin təmizliyində problem yaratmasın.

Döşəmə haramlaşdırılandan sonra qoruyucu dolğu təbəqəsi vurulur. Qapılar quraşdırılır, ardınca tavan binder ilə yuyulur və rənglənir. Divarlar zövqə görə divar kağızı və ya boya ilə rənglənə bilər. Su tərkibli boya ilə rəngləmək daha qənaətlidir. Boyanın digər üstünlüyü isə, arzu olunan zaman boyanın asanlıqla yenilənməsi və ya rəngin dəyişdirilməsinin mümkünlüyüdür. Ən sonda  döşəmə laklanır və plintus elementlərinin tamamlanması işləri gedir.

Təmir prosesində santexnika və elektrik işləri edərkən nələrə diqqət etmək lazımdır?

Təmir prosesini sizlərə daha da asanlaşdırmaq üçün usta məsləhətlərimiz davam edir. Öncəki yazıda təmiri nədən başlamaq lazımdır? haqqında ilkin məluat verilmişdi. İndi isə “təmirin ikinci mərhələsi” – usta məsləhəti ilə silsiləvi yazını davam etdiririk.

Təmirin növbəti mərhələsində dizayna uyğun santexnika dayaqlarının qoyulması, elektrik xətlərinin çəkilməsi, astar və üzlük suvaqların vurulma işlərinə başlanması, o cümlədən döşəmənin hamar edilməsi, santexnika qovşağının kafel, metlax ilə üzlənməsi, tavanın rənglənməsi, divar kağızının vurulması, parketin laklanması, santexnika və elektrik avadanlıqlarının quraşdırılması işləri aparılır.

1-ci santexnika işlərinə başlanmalıdır – Mətbəx və sanitar qovşağında kanalizasiya və su dayaqları qoyulmalıdır. İstifadə edilən kanalizasiya borularının keyfiyyətinə, isti su borularının divarda gizlənməsinə fikir vermək lazımdır, çünkü borular üzdə olduqda, daha doğrusu isti su boruları kafelnən çox yaxın təmasda olduqda (yapışdırıcıya da fikir vermək lazımdır), qopa bilər. Kafel və metlax yapışdırıcısı isti və soyuqa davamlı olmalıdır.

Elektrik naqillərin çəkilməsində dizayna uyğun işlədicilərə diqqət etmək lazımdır. Naqilin en kəsiyi İşlədiləcək gücə uyğun seçilməlidir. Mənzil daxili elektrik xəttləri çox simli mis naqillərdən və yanmaya davamlı borulardan istifadə edilməlidir.

Mənzillərdə istifadə olunan avadanlıqlar (kondisioner, qaz plitəsi, soyuducu, paltar və qab yuyan avadanlıqlar) hamısı birbaşa avtomatdan qoşulmalıdır. Seçilən avtomatlar da işlədicinin gücünə uyğun olmalıdır. Məsələn, kondisioner üçün 16A –lik avtomat kifayət edir.

Elektrik şəbəkəsinin quraşdırılacağı yer dizayna uyğun seçilir. Hal-hazırda Avropa standartlarına görə elektrik şəbəkələr döşəmədən 40-45 sm yuxarı məsafədə yerləşdirilir, elektrik açarları isə – döşəmədən 90 sm yuxarı məsafədə quraşdırılır. İşlədicilər, qaz plitəsi, soyuducu, paltaryuyan maşın, kondisioner və sanitar qovşağında elektirik şəbəkəsi mütləq torpaqlama ilə təchiz edilməlidir.

Melissa Group layihəsində keramika materialları İspaniya materiallarıdır, elektrik naqilləri Türkiyə istehsalıdır. N kəsiyi normaya uyğun olmalıdır (məsələn, d 2.5mm olmalıdırsa dəqiq o ölçüdə olmalıdır, 2.2mm, 1.8mm olmamalıdır).

Melissada Novruz şənliyi

Melissada Novruz

Qış hər nə qədər xoş da keçsə, bir çoxlarının ən sevimli fəsli də olsa, baharın gəlməsi insanlarda sevincli təəssurat yaradır.

Artıq Novruz qapıdadır və hər kəs bu bayramı səbirsizliklə gözləyir. Əyləncə, hədiyyələr, məhdudiyyətsiz şirniyyatlar, attraksionlar, bir sözlə, sevincli günlər yaşamaq üçün kifayət qədər səbəb var.

Bəli elin-obanin, haminin şənliyinə dönən Novruz bayrami ölkəmizin hər yerində coşqu ilə qarşilanir. Hər bir ailə, hər məhəllə səbirsizliklə yolunu gözlədiyi bu bayrami keçən bayramdan daha gözəl keçirməyə sanki rəqabət aparirlar.
Melissa Group da öz sevimli sakinklərini unutmur.

Onlara qayğı və sevgi ilə yanaşaraq, #MelissadaNovruz şənliyi təşkil edir. Mehriban gülərüz qonşular bir araya toplanıb, bayramı birlikdə qarşılayır, xoş əhvalı, bahar ruhunu və təravətini bir biri ilə paylaşırlar. Tədbir zamanı DJ, keçəl-kosa və NOVRUZ ənənələrini əks etdirən atributlar olacaq. Özəl olaraq #MelissadaNovruz məkanı yaradılacaq və çəkilən şəkillər bu fərəhli günü xatirəyə çevirilək!

Melissa Group – bir ailədir!

Mənzil təmirini nədən başlamaq lazımdır?

Mənzil təmirini ilk öncə mənzilin dizaynından başlamaq lazımdır. Təyin etdiyiniz dizayn, nəzərdə tutduğunuz büdcəni aşmamaq üçün kiçik nüansları dəqiq araşdırlamlısınız. Əgər mənzil dizaynı haqqında geniş bilgilərə malik deyilsinizsə bunu peşəkarlara həvalə edə bilərsiniz. Biz isə sizə dizaynla bağlı vacib məqamları təqdim edəcəyik.

Dizaynı başlamaq üçün ilk öncə təmir olunacaq otaq və ya mənzilin hansı funksiyanı daşayacağını, mənzildə kimlərin yaşayacağını müəyyən etmək lazımdır.

  • Mənzilin tərzi və rəng çalarları da vacib amillərdən biridir. Mənzildə yaşayan insanlar üçün burada vaxtlarını keçirmək komfortlu və xoş olmalıdır. İnteryerdə olan rənglərin çox böyük əhəmiyyəti vardır və bu rənglər insanın psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Mənzilin tərzi birbaşa mənzil sahibinin hobbilərindən və yaşayış tərzindən asılıdır. Ev sahibinin hər hansı bir hobbisi və ya marağı varsa, mütləq evində də dekorasiya üçün həmin detallardan istifadə olunmalıdır (maraqlı şəkillər və ya incəsənət əsərləri və s).
  • Otaqların (mənzilinin) ölçüləri:  Əlbətdə ki, hamımız böyük saraylarda yaşamaq arzusundayıq. Lakin realist olub və əlimizdə mövcud olan imkanlara baxmaq lazımdır. Bizim məqsədimiz – əşyaları mənzilə harmoniya ilə yerləşdirməkdir.
    Kiçik mənzillərdə məsələn böyük mebeli, çılçıraqları yerləşdirmək çətindir.  Bu cür mənzillərin dekoru adətən daha açıq rənglərdə, lokanik, böyük olmayan mebel ilə yerləşdirilir. Və əksinə, böyük sahəli mənzillərdə xırda elementli mebel zövqsüz görünəcəkdir. Bu cür mənzillər üçün qeyri-adi layihələr yaratmaq və həyata keçirmək maraqlı olacaqdır. Bu səylərin nəticəsində gözəl, rahat, səmərəli və illər boyu gözünüzü oxşayan tərz əldə edəcəksiniz.
  • Dizayn və interyerın proyekti: Bu etapda siz professionalların bilik və bacarağından istifadə etmək və ya öz potensialınıza güvənməli olduğunuza qərar verirsiniz. Birinci halda, seçdiyiniz və ya tanışların məsləhət gördüyü dizayn studiyasına müraciət edirsiniz. Adətən bu studiyalarda müxtəlif tərzlərdə çalışan bir neçə dizayner olur. Bu yanaşmanın bir çox müsbət cəhədləri vardır. Belə ki, bu zaman evinizin layihəsi və tərtibatı professionallar tərəfindən həyata keçiriləcək və bütün xırda detallar nəzərə alınacaqdır. Dizayn studiyalarında dizaynerlər fikrinizi nəzərə alaraq və zövqünə uyğun dizayn hazırlayacaq. Belə xidmətinin bir mənfi cəhəti odur ki, bu xidmət ödənişlidir.

Sonda isə qeyd etmək istəyirik ki, mənzilin dizaynını təyin etməzdən öncə hər xüsusiyyəti nəzərə almaq lazımdır: divarlar, döşəməni, radiatorları, pəncərələrin yerləşməsi, tavanın hündürlüyü, qapıların sayı. Bu çox yorucu işdir, lakin səyləriniz nəticəsində Siz unikal bir interyer yaradacaqsınız.

Bu işdə bədii zövqünüzü və individuallığınızı göstərin. Sizin tələblərinizi və üstünlüklərinizi nəzərə alan, Sizin üçün yaradılmış mühit Sizi yeni nailiyyətlərə və parlaq planlara ilham verəcək.

Daha sonra mənzil təmirinin qiyməti (smetası) hazırlanmalıdır, yəni təmirə dəqiq nə qədər pul xərclənəcək: istehlak və üzlük materialları, alətlər, nəqliyyat, ustaların əmək haqqı, zibilin daşınması və digər gözlənilməz xərclər (təmirin 10% çata bilər).

Daha sonra dizayna uyğun santexnika, dayaqlarının qoyulması, elektrik xətlərinin, astar, üzlük, suvaq, o cümlədən döşəmənin, tavanın rənglənməsi, santexnika qovşağının kafel, metlax ilə üzlənməsi, divar kağızının vurulması, parketin laklanması.